Qubadlı rayonunda ilk kitabxana 1936-cı ildə qiraətxananın nəzdində yaradılmışdır. Mərkəzləşdirmə işi 1980-ci ildə başa çatmışdır. 1993-cü ildə rayon erməni işğalçıları tərəfindən işğal olunanda MKS-nin fondunda 812 000 kitab və çap məhsulu var idi.
1993-cü ildən Mərkəzi Kitabxana Sumqayıt şəhər 28 may Mədəniyyət evində öz fəaliyyətini davam etdirməklə kitab fondunu günü-gündən zənginləşdirmişdir.
Hazırda kitab fondu 24760 nüsxə olmaqla 4100 nəfər oxucuya xidmət edir.