Vasili Əliyev adına rayon mədəniyyət evi 1934- cü ildə qəsəbə klubu kimi fəaliyyətə başlamışdır. 1946-cı ildə rayon Mərkəzi Kitabxana, Mədəniyyət şöbəsi və onun nəzdində Mədəniyyət evi inşa edilmişdir.
1993-cü il rayon işğal olunduqdan sonra Mədəniyyət evinin işçiləri 1999-cu ilədək orta aylıq əmək haqqı almış, 1999-cu ilin sentyabr ayından öz işini Sumqayıt şəhəri, 28 May mədəniyyət evinin binasıda bərpa etdirmişdir. Hazırda Mədəniyyət evində 270 yerlik tamaşa zalı vardır. Mədəniyyət evində xalq çalğı alətləri ansambılı, rəqs, bədii qiraət, rəsm dərnəkləri və s. fəaliyyət göstərir. Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən dövlət əhəmiyyətli tədbirlərdə Mədəniyyət evinin kollektivləri yüksək səviyyədə çıxışlar nümayiş etdirirlər.