Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Zəngilan rayon Mərkəzi Kitabxanası 1976-cı ildə yaradılmış, 1978-ci ildən isə  öz ətrafında  Mərkəzi, 1 Uşaq, 1 Gənclər, 1 Şəhər, 1 Qəsəbə və 65 kənd kitabxana filiallarını  birləşdirərək Mərkəzləşdirilmiş Kitabxana Sistemi kimi fəaliyyətini davam etdirmişdir. İşğaldan əvvəl  MKS-in fondu 490.000 (dörd  yüz doxsan min)  olmuşdur.

 Erməni qəsbkarlarının hücumu nəticəsində 1993-cü il oktyabrın 29-da  Zəngilan rayonu işğal olunmuşdur. İşğal zamanı bütün kitabxanalar məhv edilmiş və sərvətləri talan edilmişdir.

 Dövlət Proqramının icrası ilə bağlı  2010-cu il aprelin 24-də Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi öz fəaliyyətini Bakı şəhərində bərpa etmişdir.

Hazırda MKS öz ətrafında Mərkəzi Kitabxananı və1 filialı  birləşdirir.

Kitabxana Bakı şəhəri, N.Nərimanov rayonunda yerləşir. Kitabxana 5 otaq və dəhlizdən ibarətdir.  Sahəsi 130 kv.m - dir.

2011-ci ilin may ayında Mərkəzi kitabxanaya telefon xətti çəkilmiş və veb-saytı (zangilan. cls. az) yaradılmışdır. Kitabxana müasir avadanlıqla təmin olunmuşdur.  Mərkəzi kitabxanada 6 ədəd kompyuter vardır.

2012-ci ildə struktur dəyişikliyi ilə əlaqədar olaraq  Uşaq kitabxanası Mərkəzi kitabxanaya birləşdirildi və iki yeni şöbə yaradıldı. Hazırda Mərkəzi kitabxanada 6 şöbə fəaliyyət göstərir:

      Oxuculara xidmət şöbəsi

      Komplektləşdirmə və kitabişləmə şöbəsi

Metodika və biblioqrafiya şöbəsi

      İnformasiya-resurs şöbəsi

      Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi

      Uşaq şöbəsi

Mərkəzi kitabxanada 26 nəfər işçi çalışır. Bu işçilərin 22 nəfəri kitabxana işçisi, 4 nəfəri isə texniki işçidir. İşçilərin 6 nəfəri ali təhsilli, 2 nəfəri qeyri ali təhsilli, 11 nəfəri orta-ixtisas təhsilli, 2 nəfəri qeyri orta-ixtisas təhsilli, 1 nəfəri isə orta təhsillidir. 

2017-ci ilin dekabr ayına qədər Zəngilan rayon MKS-in kitab fondu 11,092 nüsxə olmuşdur. Bunun 10570 nüsxəsi azərbaycan ədəbiyyatıdır. (Azərbaycan ədəbiyyatının 8836 nüsxəsi latın, 1734 nüsxəsi isə kiril qrafikalıdır), 391nüsxə  rus dilli, 131 nüsxə  isə ingilis dilli ədəbiyyatdır. Fondun 424 nüsxəsi isə CD, DVD-dir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli 56 saylı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə nəşr olunan kitablardan Zəngilan rayon MKS-inə 4952 nüsxə kitab hədiyyə olaraq verilmişdir.

 İlin dekabr ayına qədər  MKS-in fonduna 818 nüsxə  yeni ədəbiyyat daxil olmuşdur.

2017-ci ildə Mərkəzləşdirilmiş Kitabxana Sistemi Respublika Kitabxana Kollektoru ilə müqavilə bağlamış,  kitabxana texnikası və kitab almışdır.

“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na müvafiq olaraq Sabirabad rayonu ərazisində 161 zəngilanlı məcburi köçkün ailələri üçün salınmış yeni qəsəbədə Hacallı kənd kitabxana filialı tikilib istifadəyə verilmişdir.

Hacallı kənd kitabxanasının fondunda 3698 nüsxə kitab vardır.

2014-cü ildə Mərkəzi kitabxana istiliklə təchiz edilmişdir.

 

104.3 KB