Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Zəngilan rayon Tarix-Diyarşünaslıq Muzeyi

1961 –ci ildə Zəngilan rayon Tarix Diyarşünaslıq muzeyinin fəaliyyət başlamışdır.

1993-cü ilin oktyabr ayında erməni işğalçıları tərəfindən rayon işğal olunduğu üçün Zəngilan rayon Tarix Diyarşünaslıq muzeyinin fəaliyyəti dayandırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 298 saylı sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşqulluğunun artırılması üzrə Dövlət Proqramı”na, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il və 2011-ci il tarixli sərəncamları ilə təsdiq edilən əlavələrin müvafiq bəndlərinə uyğun olaraq Masazır qəsəbəsində əsasən Zəngilan rayonundan olan məcburi köçkün ailələr üçün yeni salınmış yaşayış sahəsində Zəngilan rayon Tarix Diyarşünaslıq muzeyi 2013-cü ildə  istifadəyə verilmişdir.

    01 aprel 2013-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Zəngilan rayon Tarix Diyarşünaslıq muzeyində olmuşdur.

Zəngilan rayonunda işğaldan əvvəl üç muzey - Zəngilan rayon Tarix Diyarşünaslıq Muzeyi, Xalqlar Dostluğu Muzeyi, Daş Heykəllər Muzeyi fəaliyyət göstərirdi. Zəngilan Rayon Tarix Diyarşünaslıq Muzeyi Azərbaycanın KP MK siyasi Bürosunun 4 Yanvar 1980 tarixli qərarının icrası ilə rayonun mərkəzində

"OKTYABR’’ küçəsində yaradılmışdı.Muzeyin fondunda 6000-ə yaxın eksponat toplanmışdı. Zəngilan rayonun işğalı zamanı muzey və eksponatlar da qarət edilmişdir.

            Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il tarixli 298 saylı sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq Masazır qəsəbəsində əsasən Zəngilan rayonundan olan məcburi köçkün ailələri üçün yeni salınmış şəhərcikdə Zəngilan Rayon Tarix Diyarşünaslıq muzeyinin fəaliyyəti bərpa olunmuşdur.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 1 Aprel 2013-cü ildə muzeyin açılışında şəxsən özü iştirak etmişdir.

            Muzeydə qorunan eksponatlar əsasən XVII-XX əsrlərə aid vaxtilə Zəngilan rayonundan gətirilmiş,Zəngilan rayonunu və rayonun əhalisinin həyat, məişət tərzini əks etdirən əşyalardır.Muzeyimizdə ümumilikdə 454 eksponat  toplanmışdır. Bunlardan 236 eksponat daimi ,161 eksponat müvəqqəti , 57 köməkçi kitaba salınmış eksponatlardır.

Şəhər və kənd əhalisinin ev məişətində işlənən qablar, qiymətli bəzək əşyaları, gümüş qədimi pullar,arxeoloji qazıntılar nəticəsində tapılmış qızıl tərkibli daşlar, qədimi silahlar, qədimi qılınclar,gümüş xəncərlər, qədimi ov tüfəngləri muzeyimizdə mühafizə olunur.

            Muzeyimizdə Qarabağ xalşalıq mərkəzinin tərkib hissəsi olan Zəngilanın müxtəlıif bölgələrində xalçalar,kilimlər, palazlar,sandıq, tikiş maşını, cəhrələr ,nehrələr, yundaraqları, toxunmuş əl işləri, qədimi kəlağayılar muzeyimizdə toplanmışdır.

            Azərbaycan xalqı özünəməxsus zəngin musiqi mədəniyyəti və musiqi alətləri yaratmışdır. Muzeyimizdə saz, zurna, balaban, nağara, dəf(qaval), bunlarla yanaşı muzeyimizdə milli geyimlərdə qorunub saxlanılır.

 

148.4 KB