Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbi

Abşeron  rayon  Xırdalan şəhər onbirillik  musiqi  məktəbi  1977 - ci  ildən fəalliyətə  başlamışdır. Fəaliyyətə  başladığı  ildə  məktəbdə  7 ixtisas ( fortepiano, skripka,  tar, kamança, qarmon, nağara, klarnet )   üzrə  80 şagird  kontingenti  ilə 25  ali  və   orta  ixtisas   təhsilli  müəllimlər  çalışırdı. Hazırda  məktəbdə 12  ixtisas (fortepiano, skripka,  tar, kamança, qarmon, nağara, klarnet balaban, xanəndə, saz, kanon, vokal  ) üzrə  -  513  şagird kontingenti ilə 187  ali  və orta  ixtisas  təhsilli  müəllimlər çalışır. Abşeron  rayon  Mədəniyyət  evinin  binasında  uyğunlaşmış  şəraitdə  fəaliyyət  göstərən  məktəb,  03  oktyabr  2014-cü il tarixində  xüsusi  layihə  üzrə  tkilmiş, Azərbaycan  Respkblikası  Prezidentinin iştirakı  ilə açılan, tam  müasir  tələblərə  uyğun  3  mərtəbəli    yeni  məktəb  binasına  köçürülmüşdür. Məktəb şagirdləri, mütəmadi  olaraq  müxtəlif  ixtisaslar  üzrə  respublika  və  beynəlxalq  səviyyəli  müsabiqələrdə  yaxından  iştirak  edərək  uğurlu  nəticələr  əldə  edirlər. 2012 ci  ildə məktəbin  fortepiano  ixtisası

üzrə  şagirdi  Atabala  Manafzadə  əldə   etdiyi  nailiyyətlərə  görə  Azərbaycan   

Respublikası  Prezidentinin 29  mart   2012  ci  iltarixli   2111 № -li  sərancamı

ilə adı, Azərbaycanın gənc  istedadlarının «Qızıl  kitabı»na  yazılmaqla Azərbaycan Respublikası   Prezidentinin   xüsusi   aylıq  təqaüdünə   layiq  görülmüşdür.  Məktəb, Türkiyənin –  İstanbul, İzmir,  Manisa, Bursa şəhərlərində  fəaliyyət göstərən  Azərbaycan  Mədəniyyət  Mərkəzləri, Gürcüstanın –Tblisi,  Marneuli, Bolnisi,  Qardabani,  Rustavi,  Xaşuri,   Kutaisi  şəhərlərindəki   Mədəniyyət  Mərkəzləri  və   Musiqi   Məktəbləri   ilə  sıx   əməkdaşlıq   edir.  Beynəlxalq əməkdaşlıq  cərcivəsində təşkil  olunan tədbirlərdə iştirak etmək üçün dəvətlər  alan  məktəb  kollektivi  böyük heyətlə, Azərbaycan  Respublikası  Mədəniyyət  və Turizm  Nazirliyinin  dəstəyi  ilə və sponsorlar hesabına sözügedən  şəhərlərə səfərlər edərək  həmin  tədbirlərdə  maraqlı və rəngarəng  konsert  proqramları  ilə  çıxış  edir  və  Azərbaycanı  layiqincə  təmsil edirlər. 2015-ci  ildə məktəb, AHİK - tərəfindən  keçirilən «Sağlam və təhlükəsizlik əmək şəraitinin yaradılması üzrə  ilin ən  yaxşı müəssisəsi»  respublika  müsabiqəsinin  qalibi   olaraq «Fəxri  Diplom »a  layiq  görülmüşdür. 2016  -  cı   ildən  etibarən məktəb  onbirillik  təhsil  sisteminə  keçərək  Abşeron rayon Xırdalan şəhər  onbirillik musiqi  məktəbi  adlandırılmışdır.

 

32.1 KB