Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Cəfər Cabbarlı ev muzeyi

Cəfər Cabbarlı ev muzeyi Xızı rayonun Xızı kəndində 1956 –cı ildən ictimai əsaslarla fəaliyyətə başlamışdır. Muzey eksponatları əsasən məişət əşyaları və dramaturqun əsərlərindən ibarət fotoşəkillərdir. Muzey 1 mərtəbəli olmaqla 3 otaq və ətrafına qoruyucu şüşəbənd çəkilmişdir. Muzeyin sahəsi 200m2, eksponatların sayı 458 ədəddir. Muzeyin fəaliyyətinə ilk öncə Cəfər Cabbarlının həyat və yaradıcılıgı ilə muzey ekskursiyaçalarını tanış etməkdir. Eyni zamanda, muzey ekspozisiyalarının bədii tərtibatının təkmilləşdirib, konseptual ekspozisiyaların və müxtəlif mövzularda sərgiləri təşkil edir. Turizmin inkişafı üçün muzeylərin turist marşrutlarına salınması, geniş tamaşaçı kütləsi ilə aparılacaq işlərin təkmilləşdirilməsi məqsədi ilə fərdi ekskursiyaların, ailəvi proqramların, uşaq və gənclər üçün tədris və interaktiv proqramların hazırlanması daxildir.

 

25.9 KB