Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Xızı rayon C.Cabbarlı adına Mədəniyyət Mərkəzi

C.Cabbarlı adına Xızı rayon Mədəniyyət Mərkəzi 1996-cı ildə yaradılmışdır. Sahəsi 310 m2-dir. Üç otaq və bir tamaşaçı zalından ibarətdir.Mədəniyyət mərkəzi iki kənd mədəniyyət evi və beş kənd  klubundan ibarətdir:

-C.Cabbarlı adına Xızı rayon Mədəniyyət  Mərkəzi  Şurabad qəsəbə Sənətkarlıq evi

-C.Cabbarlı adına Xızı rayon Mədəniyyət  Mərkəzi  Altı-Ağac qəsəbə Diyarşunaslıq evi

-C.Cabbarlı adına Xızı rayon Mədəniyyət  Mərkəzi  Giləzi qəsəbə folklor klubu

-C.Cabbarlı adına Xızı rayon Mədəniyyət  Mərkəzinin  Yeni-Yaşma kənd klubu

-C.Cabbarlı adına Xızı rayon Mədəniyyət  Mərkəzinin  Sitalçay kənd klubu

-C.Cabbarlı adına Xızı rayon Mədəniyyət  Mərkəzinin  Tıxlı kənd klubu

-C.Cabbarlı adına Xızı rayon Mədəniyyət  Mərkəzinin  Ağdərə kənd klubu.

C.Cabbarlı adına Xızı rayon Mədəniyyət  Mərkəzi qədim və zəngin Azərbaycanın qeyri-maddi mədəni irsinin müasir standartlara cavab verə biləcək formada qorunması, bərpası və istifadəsinin təşkili, o cümlədən onun infrastrukturunu təşkil edən klub müəssisələrinin fəaliyyətini  qurmaqdır.Mərkəzin fəaliyyət istiqaməti Azərbaycan xalqının tarixi-mədəni həyat təcrübəsinin və diyarşünaslığın inkişafı məqsədi ilə xalq adət və ənənələrinin təbliği, milli bayram və mərasimlərin qorunub saxlanılması, tarixi rəmz və ənənəvi biliklərin rekonstruksiyası,milli musiqi və rəqslərin təşviqi, şifahi xalq yaradıcılığı nümunələrinin qorunması, xalq oyun və tamaşalarının bərpası kimi sahələrdən ibarətdir.

 

82.7 KB