Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Xızı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xızı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaranması tarixi 1923-cü ildə yaradılmışdır.

1957 –ci ildə Xızı kənd kitabxanası Sumqayıt kitabxanasının filalı kimi, daha sonra, 1963-cü ildə Abşeron rayon kitabxanasının filialı kimi fəaliyyət göstərmişdir. 1990-cı ildən Mərkəzləşdirilmiş Kitabxana Sisteminə daxil olmuşdur. Mərkəzləşdirilmiş Kitabxana Sistemi 12 filial olmaqla fəaliyyət göstərmiş, hal-hazırda 8 filialdan ibarətdir. Nazirliyin 920/06 nömrəli, 04.04.2016-cı il tarixli məktubuna əsasən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fəaliyyətinin yaxşılaşdırılması, işinin optimallaşdırılması üzrə aparılan islahatlarla əlaqədar olaraq 3 kitabxana filialı – Xızı şəhər kitabxana filialı, Fındığan kənd kitabxana filialı, Baxşılı kənd kitabxana filialı – Mərkəzi Kitabxanaya birləşdirilmişdir.Sistem fəaliyyətində əsasən  tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplayıb saxlamaq,cəmiyyətin intellektual, mənəvi potensialının inkişafında mühüm rol oynamaqdan ibarətdir. Kitabxana çap əsərlərindən və digər informasiya daşıyıcılarından səmərəli istifadə etmək məqsədilə kompleks kitabxana, biblioqrafiya xidmətləri göstərir. Bu xidmətlər abonentləri ədəbiyyat və informasiya ilə təmin etmək, informasiya daşıyıcılarının seçilməsində kömək göstərmək məqsədi daşıyır. Eyni zamanda qabaqcıl kitabxana-informasiya müəssisələrinin təcrübəsindən istifadə etməklə kitabxanaların maddi-texniki bazasını möhkəmləndirilməsi də bura aiddir. Kitabxana xidmətinin vəzifəsi kitabxana sərvətlərinin, dünya ədəbiyyatı nümunələrinin etibarlı şəkildə toplanması, qorunması və gələcək nəsillərə çatdırılmasından, onların əhali arasında geniş təbliğindən, bəşəri dəyərlərə yiyələnmək, müstəqil və yaradıcı düşünən vətəndaş yetişdirilməsinə fəal yardım etməkdən ibarətdir. MKS-nin   tərkibində 6 Şöbə (oxucuya xidmət, kitabişləmə və komplektləşdirmə, metodika-bibloqrafiya, avtomatlaşdırma, informasiya-resurs,  uşaq şöbələri) fəaliyyət göstərir.

Mərkəzi Kitabxana   2016-cı il  tarixdə Xızı rayon H.Əliyev Mərkəzinin binasına köçürülmüşdür.

Xızı rayon MKS-i il ərzində 2916 naəfər oxucu  xidmət edir. Kitab fondu 68587  nüsxə təşkil edir.

 

67 KB