Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Xızı rayon Şurabad qəsəbə kitabxana filialı

Şurabad qəsəbə kitabxana filialı  1956-cı ildə tikilmişdir. Kitabxana Şurabad qəsəbə Sənətkarlıq evinin tərkibində bir otaqdan ibarət olaraq fəaliyyət göstərir. Kitabxana çap əsərlərini səmərəli istifadə etmək xidməti göstərir. Bu xidmət abonentləri ədəbiyyat və informasiya ilə təmin etmək məqsədi daşıyır. Kitabxana xidmətinin vəzifəsi kitabxana sərvətlərinin, dünya ədəbiyyatı nümunələrinin etibarlı şəkildə toplanması, qorunması və gələcək nəsillərə çatdırılmasından, onların əhali arasında geniş təbliğindən, bəşəri dəyərlərə yiyələnmək, müstəqil və yaradıcı düşünən vətəndaş yetişdirilməsinə fəal yardım etməkdən ibarətdir. Eyni zamanda kitabxana üzvlərindən fəal,istedadlı oxucuların seçilməsidə kitabxanın fəaliyyət sahələrindəndir.

 

32.9 KB