Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Abşeron rayon MKS-in Ceyranbatan qəsəbə kitabxana filialı

Abşeron rayonunun Ceyranbatan qəsəbəsi də yeni salınmış yaşayış məntəqələrindən biridir. Bakı şəhərinin 25 kilometrliyində yerləşir. Ceyranbatan 1950-ci ildən inşaatçılar qəsəbəsinə çevrilib. Ceyranbatan qəsəbəsinin ərazisi 3168 hektardır.

Kitabxana filialı 1948-ci ildə yaradılıb, uyğunlaşdırılmış binada yerləşdirilib və fəaliyyət göstərib. 1975-ci ildən Mərkəzləşdirilmiş Kitabxana Sisteminə daxil olub. Bina yararsız hala düşdüyündən 2009-cü ildən sökülüb, yenidən tikilib. Bina tikilənə qədər filial 1 saylı Ceyranbatan qəsəbə orta məktəbində və Bələdiyyə binasında fəaliyyət göstərib. 2010-cu ildə yeni tikilib 2011-ci ilin əvvəlində istifadəyə verilmiş Ceyranbatan qəsəbə Folklor Evinə köçürülüb. Folklor Evinin ümumi sahəsi 1365 kv. metr, kitabxanaya ayrılan sahə isə 51 kv. metr və 2 otaqdan ibarətdir.

2012-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası şəhər (rayon) Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin, müstəqil kitabxanalarının, şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə kütləvi, uşaq və gənclər kitabxanalarının nümunəvi strukturu və ştat vahidləri”nin təsdiq edilməsi haqqında 11 oktyabr 2011-ci il 162 saylı qərarına, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 3213/19 saylı məktubuna və Abşeron rayon İcra Hakimiyyəti başçısının 172 saylı 10. 02. 2012-ci il tarixli sərəncamına əsasən Abşeron rayon MKS-nin 13 saylı Tuğ-zavod kitabxana filialı isə 2 saylı Ceyranbatan qəsəbə kitabxana filialına birləşdirilib.

Əhalisi cəmi 12455, daimi əhali 7640, məcburi köçkünlər 2016, qeyri-rəsmi əhali 2800 nəfərdir ki, onun da 2090 nəfərindən çoxu kitabxananın fondundan istifadə edir və 700 nəfəri 15 yaşa qədərdir.

Filialın kitab fondu 22239 nüsxədir.

 

115.8 KB