Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Abşeron rayon Mədəniyyət Mərkəzi

1984-cü ildə inşa edilmiş, ümumi sahəsi 4510 m2 olan Abşeron rayon mədəniyyət evi 2012-ci ilin 27 dekabr tarixindən Mədəniyyət Mərkəzi adlandırılmışdır. Mərkəzin 400 və 170 tamaşaçı yerlik zalı, 40 iş otağı, 300 m2 foyesi, 51 m2 qarderobu, 5 sanitar qovşağı vardır.

Abşeron rayon Mədəniyyət Mərkəzi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi və Abşeron rayon İcra Hakimiyyətinin verdiyi əmr, sərəncam və fərmanlara müvafiq olaraq illik iş planı üzrə mədəni-kütləvi tədbirlər həyata keçirir. Mərkəz mədəni irsin qorunması və təbliği, mədəni sərvətlərin yaradılması və inkişafı istiqamətində işlər görür.

Mərkəzin folklor, diyarşünaslıq və sənətkarlıq sahələri üzrə profilləşmiş 9 klub filialı vardır. (Qobu qəsəbə sənətkarlıq evi, Mehdiabad qəsəbə diyarşünaslıq evi, Ceyranbatan qəsəbə folklor evi, Novxanı kənd sənətkarlıq klubu, Məmmədli kənd diyarşünaslıq klubu, Fatmayı kənd diyarşünaslıq klubu, Hökməli qəsəbə diyarşünaslıq klubu , Görədil kənd folklor klubu, Pirəkəşkül kənd sənətkarlıq klubu)

Mədəniyyət Mərkəzində Musiqili Komediya Xalq teatrı, “Çeşmə” folklor ansamblı, “Xəzri” xalq çalğı alətləri ansamblı, “Abşeron” aşıqlar qrupu, “Abşeron” meyxana qrupu, “Odlar yurdu” ritm qrupu, “Günəş “ uşaq teatrı, “Qaravəlli” folklor teatrı, “Abşeron” xınayaxdı qrupu, “Abşeron “ rəqs kollektivi, “Buta” xalq tətbiqi və təsviri sənət həvəskar birliyi, “Mənim dünyam” təsviri və dekorativ sənət” ictimai birliyi və digər kurs və dərnəklər fəaliyyət göstərir.

Xalq teatrı və bədii özfəaliyyət kollektivlərinin üzvləri, xalq tətbiqi və təsviri, dekorativ sənət ustaları tarixi və əlamətdar günlərdə, bayram tədbirlərində, respublika festivallarında iştirak edirlər.

Abşeron rayon Mədəniyyət mərkəzində noyabr ayından etibarən biçmə-tikmə, rəqs, ilkin təcili tibbi yardım,bədii gimnastika,ingilis-dili, kompyuter, musiqi alətlərinin təmiri pullu kursu fəaliyyətə başlamışdır.

 

166.1 KB