Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Şuşa rayon Bülbülcan adına Şuşa şəhər Uşaq Musiqi məktəbi

Bülbülcan adına Şuşa şəhər Uşaq musiqi məktəbi 1990-cı il avqust ayında Şuşa şəhərində yaradılmışdır.  1992-ci ildən Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra məktəb Mərdəkan qəsəbəsi,Əzizbəyov küçəsi-15 ünvanında yerləşən H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin binasında fəaliyyətini davam etdirir.

Məktəbdə 7 ixtisas üzrə dərslər tədris edilir. Tədris planları və proqramlarının yerinə yetirilməsi Nümunəvi Əsasnaməyə uyğun olaraq həyata keçirilir. İstedadların üzə çıxarılması və məktəbə şagirdləri cəlb etmək məqsədilə mütəmadi olaraq ümumtəhsil məktəblərində konsertlər təşkl edilir. İl ərzində bütün şöbələr üzrə akademik dinləyişlər və yoxlama sorğular keçirilir.

Məktəbimizdə müəllimlərdən  ibarət “Şuşa”  şagirdlərdən ibarət “Bülbülcan”

ansamblları fəaliyyət göstərir. Şəhərimizin bütün tədbirlərində fəal iştirak edirlər.

Uşaq musiqi və İncəsənət məktəbi şagirdlərinin Xanəndəlik ixtisası üzrə Xan Şuşinski adına II Respublika muğam festivalında Qocamanova Qələm Füzuli qızı

laureat olmuş və yekun konsertdə uğurla çıxış etmişdir.

2016-cı ilin may ayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkil etdiyi Xan Şuşinskinin anadan olmasının 115 illiyinə həsr olunmuş Xan Şuşinski adına III Respublika Muğam Festivalında məktəbin V sinif şagirdi Qocamanova Qələm Füzuli qızı II yerə layiq görülmüşdür.

 

35.4 KB