Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Şuşa rayon Malıbəyli kənd Uşaq Musiqi Məktəbi

Şuşa rayon Malıbəyli kənd Uşaq Musiqi Məktəbi 1989-cu ildə yaradılmışdır. Şuşa rayonunun işğalından sonra məktəbimiz öz fəaliyyətini Bakı şəhərində davam etdirmişdir.

Məktəbdə Fortepiano, Nəzəriyyə, Xalq Çalğı Alətləri şöbələri ( Tar, Qarmon, Nağara, Saz, Xanəndəlik ) fəaliyyət göstərir. 2015-2016-cı tədris ilində məktəb gənc istedadların üzə çıxarılması və məktəbə şagirdlərin cəlb edilməsi məqsədilə mütəmadi olaraq ümumtəhsil məktəblərində konsertlər təşkil edilir.  Məktəbin nağara ifaçılarından ibarət “Şuşa ritm qrupu”nun şagirdləri Azərbaycan Respublikasında keçirilən İlk Avropa oyunlarında və Qəbələ Şəhərində keçirilmiş 6-cı İpək Yolu festivalında uğurla çıxış etmişlər.  “Şuşanın Dağları” ansamblı Azərbaycan Respublikası Dövlət Qaçqın Komitəsinin, Şuşa rayonu İcra Hakimiyyəti və Şuşa rayonu Mədəniyyət və Turizm Şöbəsinin təşkil etdiyi bütün tədbirlərdə fəal iştirak edir. “Beynəlxalq dostluq körpüsü” festivalında məktəbimizin şagirdləri uğurla iştirak etmiş və kuboka layiq görülmüşdür.

 

101.3 KB