Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Şuşa rayon Quşçular kənd Uşaq Musiqi məktəbi

Şuşa rayon  Quşçular kənd Uşaq Musiqi məktəbi 1990-cı ildən fəaliyyətə başlamış və 1992-ci ildən isə  məlum Qarabağ hadisələrindən  sonr  Mədəniyyət Nazirliyinin 11 dekabr 1992-ci il tarixli 269№-li əmri ilə müvəqqəti olaraq  Baki şəhəri Pirşağı qəsəbəsində  Lokomotiv İstrahət düşərgəsində  köckünlük  şəraitində  fəaliyyət  göstərir.

Məktəbdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Uşaq  Musiqi məktəbləri üçün nümunəvi əsasnaməsinə  və tədris planına uyğun olaraq şagirdlər  musiqi sahəsində ibtidai təhsil alırlar.Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən hazırlanmış proqramlara  əsaslanaraq  Azərbaycan xalq, klassik  və dünya musiqisinin ən gözəl  nümunələri əsasında  keçilən dərslərin nəticəsində şagirdlərin  estetik  zövqü formalaşır. Məktəbin qəbul qaydalarına uyğun olaraq Azərbaycan Respublikası ərazisində yaşayan hər bir uşaq və yeniyetmənin məktəbdə təhsil almaq hüququ vardır. Məktəbdə fortepiano, tar,  kamança, qarmon, nağara və  xanəndəlik  şöbələri fəaliyyət göstərir. Təhsilin keyfiyyətinin artırılmasına nail olmaqdan ötrü  şagirdlərin dərsə davamiyyəti və dərslərə hazırlıqlı  gəlmələri əsas şərt olduğu  üçün valideyinlərlə sıx əlaqə saxlanılır. Tez –tez acıq dərslər  və  sinif konsertləri kecirilir. Mədəniyyət və Turizm Nazirliyi  Mədəniyyətşünaslıq üzrə Elmi - Metodiki Mərkəz tərəfindən kecirilmiş ustad dərslərdə müəllimlərimiz iştrak etmiş və faydalanmışlar.Bununla yanaşı bir necə nəfər müəllimimiz  Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində kursda olmuşlar.

Tədrislə yanaşı məktəbimizin şagird və müəllim kollektivi bir çox tədbirlərdə  iştirak edirlər.Ötən tədris ilində məktəbimizin şagirdləri Quşçular kənd Mədəniyyət Evi, Quşçular kənd tam orta məktəbi ilə, Pirşağı qəsəbə Mədəniyyət Evi  və  112 №-li tam orta məktəb ilə birlikdə  bayram  və   əlamətdar günlərin qeyd edilməsində yaxından iştrak etmişlər.Ənənəvi olaraq hər tədris ilinin sonunda məktəb şagirdlərinin  hesabat  konserti  olur  və  yekunda  rayon məktəblərindən secilmiş şagirdlərin konserti keçirilir. Bu tədbirlərdə yüksək səviyyədə iştirak edən şagird və müəllimlərimiz Şuşa rayon Rayon İcra Hakmiyyəti, Şuşa rayon Mədəniyyət və Tutizm Şöbəsi tərəfindən fəxri fərmanla,diplomla təltif edilmişlər.  

 

96 KB