Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Region haqqında
Tarix

Sumqayıt

Tarixçilərin fikrincə müasir Sumqayıtın yerləşdiyi ərazidə qədim dövrlərdə midiyalılar məskunlaşıb. Şəhərin tikintisi zamanı torpaq altında qazıntı işləri görülərkən qədim yaşayış məntəqəsinin və karvansarayın qalıqlarına rast gəlinirdi. Sovet İttifaqı Abşeron yarımadasını ağır sənaye mərkəzinə çevirmək qərarına gəldi. Bu məqsədlə Abşeronda ikinci bir sənaye mərkəzi tikmək istəyirdilər. İlk tikinti işləri 1938-ci ildə başlandı. Lakin İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq şəhərin tikintisi dayandırılır. Tikinti işləri 1944-cü ildə yenidən bərpa olunur. Şəhərin tikintisində azərbaycanlılar ilə yanaşı müharibədə əsir düşmüş almanlar da işlədilirdi.1949-cu ildə Sumqayıta şəhər statusu verilir.
•1938-ci il - indiki İstilik Elektrik Stansiyasının yerində fəhlələr üçün ilk baraklar quraşdırılır. İES-in inşaatçıları üçün yaşayış məntəqəsinin tikintisinə başlanır.
•1939-1940-cı illər - sintetik kauçuk, boruyayma və kimya zavodlarının bünövrəsi qoyulur. Böyük Vətən Müharibəsinin başlanması ilə bütün tikinti işləri dayandırılır.
•1941-ci il - İES işə düşür və Bakının neft sənayesi üçün ilk elektrik cərəyanı verilir.
•1944-cü il - Kimya və metallurgiya zavodlarının tikintisi.
•1945-ci il - Sumqayıt kimya zavodu ilk məhsulunu verdi və Sumqayıtda geniş tikinti işləri vüsət aldı.
•1949-cu il - Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verildi. İEM yanında qəsəbə olaraq yaranan Sumqayıt qısa müddət ərzində böyük sənaye mərkəzinə çevrildi.
•1952-ci il - Boruyayma zavodu ilk məhsulunu verdi. Azərbaycanda qara metallurgiya sənayesi inkişaf etməyə başladı. Sintetik kauçuk zavodu işə başladı və ilk dəfə neftdən etil spirti əldə edildi.
•1953-cü il - Marten sobalarında ilk polad əridilməsi.
•1955-ci il - Sumqayıt alüminyum zavodu işə başladı.
•1957-1959-cu illər - Elmi-tədqiqat institutları və mədəniyyət mərkəzləri tikilir, şəhər infrastrukturu inkişaf etdirilir.
•1960-ci il - Avropanın ən böyük neft-kimya kombinatının tikintisinə başlanıldı.
•1961-1968-ci illər - Bir-birinin ardınca yeni müəssisələr: kərpic zavodu, polimer tikinti materialları kombinatı, superfosfat zavodu, tikilərək istehsala başlayır.
•1970-1980-ci illər - Yüngül və maşınqayırma sənayesinin inkişafı.