Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Region haqqında
Tarix

Xızı

Tarixi faktlara nəzər saldıqda, tarixçilərdən mənbələr içərisində A.Bakıxanovun "Gülüstani irəm" əsərinin adını xüsusilə çəkmək lazımdır. Onun əsərində Quba xanlığının "Xızı bərmək" mahalı haqqında dəyərli məlumatlar verilir.Tarixçi Qiyasəddin Qeybullayevin "Azərbaycanın etnik tarixinə dair" monoqrafiyasında və digər əsərlərində 644-cü ildə aran dövləti ilə Xızonşahlıq (Xızı şahlığı) Xızı məmləkəti arasında bağlanan müqavilədən bəhs olunur.Ərəblərin Xızonşahlığa gəlmələri haqda maraqlı mçateriallara akademik Ziya Bünyadovun "Azərbaycan VII-IX əsrlərdə" adlı monoqrafiyasında rast gəlmək olur.

Xızı rayonu 1928-ci ilə kimi Bakı Sovetinin tərkibində olmuş, sonra müstəqil rayon kimi fəaliyyətə başlamışdır.

Rayon 1956-cı ilə qədər fəaliyyət göstərmiş, 1956-cı ilin axılrında Sumqayıta birləşdirilmişdir. 1963-cü ildə Abşeron rayonu təşkil olunur və Xızı zonası həmin rayonun tərkibinə verilir.
Nəhayət 1990-cı ilin aprel ayında Xızı rayonu yenidən bərpa olunur.Mərkəzi Xızı şəhəridir.Rayonda 1 şəhər, 3 qəsəbə, 25 kənd mövcuddur.