Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Region haqqında
Coğrafi mövqeyi

Xızı

Xızı rayonu Azərbaycanın şimal-şərqində yerləşir və Respublikamızın paytaxtı Bakı şəhərinə ən yaxın dağlıq rayondur.Ərazisi 1,85 min kv.km. Abşeron iqtisadi rayonuna daxildir.İqlim şəraiti mülayimdir və quru havaya malikdir. Rayon ərazisində sahəsi 110,35 kv.km sahəsi olan Altıağac Milli Parkı fəaliyyət göstərir. Mərkəzi Xızı şəhəridir.Rayonda 1 şəhər, 3 qəsəbə, 25 kənd mövcuddur. Xızı rayonu ərazisində külli miqdarda yüksək keyfiyyətli gil (Giləzi qəsəbəsi, Əmbizlər, Qasımkənd, Ağdərə kəndləri ərazisində), qum (Giləzi və Şuraabad qəsəbələrinin dənizkanarı ərazilərində), çınqıl (Qasımkənd, Əmbizlər, Ağdərə, Xələnc, Fındığan kəndləri və Giləzi qəsəbəsinin ərazisindən keçən Əmbizlər, Ağdərə, Xələnc, Ataçay, Tıxlı çayları) və bentonit (Ağdərə kəndi ərazisində) ehtiyyatları müvcuddur.

Ekologiya
XX əsrdə yeraltı sərvətlərin intensiv mənimsənilməsi Respublikanın sənaye potensialının sürətli inkişafını təmin etmişdir. Sənaye sahələrinin belə inkişafı isə öz növbəsində ətraf mühitə antropogen təsiri həddindən artıq gücləndirmişdir. Sənaye müəssisələrindən qaz, toz və maye halında olan tullantıların miqdarının artması və onların torpaq-bitki (sisteminə) örtüyünə daxil olaraq ətraf mühitdə ekolçoji tarazlığın pozulmasına səbəb olmuşdur. Respublikamızda yaşıllıqların salınması ilə bağlı Giləzi Regional meşəsalma Müəssisəsi 2010-cu ilin Ölkə Prezidenti tərəfindən "Ekologiya ili" elan edilməsi ilə əlaqədar Xızı rayonu ərazisində meşələrin bərpası məqsədilə sahədə müxtəlif növ əkmişdir. Müəssisə tərəfindən rayon ərazisində olan təbii meşələrdə təbii bərpaya kömək məqsədilə sahədə tədbirlər aparmış, sahədə səpin üsulu ilə palıd toxumu səpmişdir. Bundan əlavə Bayıl yamacında 500 ədəd şam, 200 ədəd sərv, 2000 ədəd zeytun ağacları əkmiş, Bakı-Quba magistral avtomobil yolunun Xıəzı rayonu ərazisində yolun hər iki tərəfində sahədə iməcilik yolu ilə müxtəli cinslərdən ibarət ağaclar əkmişdir. Görülmüş tədbirlərə baxmayaraq "Ekologiya ili" ilə bağlı tədbirlər davam etdirilir.