Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Region haqqında
İqtisadiyyat

Şuşa

Rayonun iqtisadiyyatında heyvandarlıq əsas yer tuturdu. 5 sovxoz vardı. Kənd təsərrüfatına yararlı torpaqlar 20,9 min ha-dır (1986). Bunun 3,8 min ha-ı şum yeri, 0,1 min ha-ı çoxillik bitkilər, 0,3 min ha-ı biçənəklər, 16,7 min ha-ı otlaqlardır. Suvarılan torpaqlar 0,1 ha-dır. 3,4 min ha əkin sahəsinin 41% -ə dənli və dənli - paxlalı bitkilər (buğda, arpa, qarğıdalı), 6 % -ində tərəvəz-bostan bitkiləri və kartof, 53%-ində yem bitkiləri əkilir. Meyvəçiliklə məşğul olunurdu. 5,2 min qara- mal, 15,2 min davar var (1986). Quşçuluqla məşğul olunurdu. Şərq musiqi alətləri f-ki, istehsalat kombinatı, çörəkbişirmə müəssisəsi, Bakı "Radioqayırma" birliyinin 1 № - li istehsalı, Qarabağ ipək kombinatının sexi, elektrik şəbəkəsi, k.t. texnikası təmiri müəssisəsi və s. vardı. Kurort təsərrüfatı inkişaf etmişdir. Yevlax-Naxçıvan avtomobil yolu və qaz kəməri Şuşa. rayonundan keçirdi.