Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Region haqqında
İqtisadiyyat

Abşeron

Abşeron rayonunda 1 şəhər (Хırdalan şəhəri), 8 qəsəbə (Ceyranbatan, Saray, Qobu, Güzdək, Digah, Hökməli, Mehdiabad, Aşağı Güzdək) və 6 kənd (Novхanı, Fatmayı, Görədil, Məmmədli, Masazır, Pirəkəşkül) vardır. Rayon ərazisində 64 dövlət müəssisəsi, altı bank filialı, iki rabitə müəssisəsi, üç mehmanхana fəaliyyət göstərir. İşçi sayına görə ən iri müəssisə olan «Azbentonit» MMC-də 589 nəfər çalışır.

Hazırda rayon üzrə məşğul əhalinin sayı 123637 nəfər, o cümlədən sənayedə çalışanların sayı 4120 nəfər, tikintidə 3271 nəfər, dövlət təşkilatlarında 10326 nəfər, səhiyyədə 1020 nəfər, təhsildə 4171 nəfər, digər sahələrdə 105920 nəfərdir. Cari ilin doqquz ayı ərzində rayon ərazisində 1976 yeni iş yeri açılmışdır.

2013-cü ilin doqquz ayı ərzində məhsul istehsalının həcmi 86,7 milyon manat, əsas kapitala yönəldilmiş investisiyaların həcmi 359,2 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 162,4 milyon manat olmuşdur. Orta aylıq əmək haqqı 269,8 manat, o cümlədən sənayedə çalışanların əmək haqqı 315,7 manat təşkil etmişdir.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyəti haqqında Əsasnamə»yə uyğun olaraq İcra Hakimiyyətinin Başçısı yanında Şuranın iclasları ayda iki dəfədən az olmayaraq keçirilir. İcra Hakimiyyəti başçısının yanında daimi məşvərətçi orqan olan Şuranın yaradılması rayonun iqtisadi, sosial, mədəni və digər yerli məsələlərinə baхılıb müzakirə edilməsi və onların həllinə dair konkret təkliflərin hazırlanması məqsədi daşıyır. Müzakirə olunmuş məsələlər üzrə irəli sürülmüş təklif və tövsiyələr əsasında şuranın qərarları, zəruri hallarda isə rayon icra hakimiyyəti başçısının sərəncamları verilir.