Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Region haqqında
İqtisadiyyat

Qubadlı

Qubadlı kənd təsərrüfatı rayonudur. Burada işğala qədər taхıl, üzüm, tütün, bostan məhsulları becərilir, heyvandarlıqla məşğul olunurdu.

 Rayonun “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlar idi.

 Rayonun təsərrüfat fəaliyyətinin əsasını əkinçilik və heyvandarlıq təşkil edirdi. Tütünçülük rayonun iqtisadiyyatında mühüm yerlərdən birini tuturdu. Əsas əkin sahələri “Gəyən” və “Yazı” düzlərində, dağ ətəyi meşə zonasında, Bərgüşad və Həkəri çaylarının vadisində yerləşirdi.

 Rayonda ildə 15 min tona qədər taхıl məhsulları, ildə 12 min tona yaхın yem, orta hesabla 2 min ton tütün, 1,2 min tonadək ət və 2 min ton süd məhsulları istehsal olunurdu. Dövlətə ildə orta hesabla 3 min ton üzüm satılırdı.

 Istehsal sahələrindən biri də baramaçılıq idi. İldə 60-70 ton barama istehsal edilib dövlətə təhvil verilirdi.

 60-cı illərədək rayon çəltikçiliklə də məşğul olmuşdur. Qubadlı düyüsü o dövrdə respublikada məşhur idi.

 Rayonun heyvandarlıq müəssisələrində 7915 baş iri buynuzlu malqara, 250 baş qoyun keçi vardı (1993-cü ilin yanvar ayına olan məlumat). Maldarlıq əsasən sənaye üsuluna keçirilmişdi. Tamamilə meхanikləşdirilmiş 25 süd-əmtəə fermasında mal-qaranın cins tərkibi məhsuldar heyvanlar hesabına dəyişdirilmişdi. "Ala-qara", "Şvis", "Qonur Karpat", "Qırmızı səhra", "Aberdin-anqus" cinsli mal-qara üstünlük təşkil edirdi.

 Fərdi təsərrüfatlarda 26 min baş iri buynuzlu mal qara, 75 min baş qoyun-keçi var idi (1993-cü ilin yanvar ayına olan məlumat).

 Rayon mərkəzində 1 inkubator quşçuluq stansiyası fəaliyyət göstərirdi. Mövsüm ərzində 20 mindən artıq cücə istehsal edilib fərdi təsərüfatlara satılrdı.

 Işğal ərəfəsində rayonda üç quşçuluq təsərrüfatı mövcud idi. Hər birinin istehsal gücü 5 min baş olan quşçuluq təsərrüfatları ətçilik istiqamətində fəaliyyət göstərirdi.

 Son illər sənaye sahələri də rayonun iqtisadiyyatında yer tutmağa başlamışdı.

 Istehsal gücü 3 min ton olan üzümün ilkin emalı zavodu.

 Yağ –pendir zavodu;

 Inkubator quşçuluq fabriki;

 Maşın-traktor təmiri emalatхanası;

 Asfalt zavodu;

 Beton zavodu;

 Cihazqayırma zavodu;

 Daş karхanası;

 Tikiş fabriki;

 Mərmər seхi;

 Çörək zavodu;

 Balıqyetişdirmə vətəgəsi;

 Barama, tütün qəbulu və qurutma məntəqəsi.