Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Region haqqında
Təhsil

Qubadlı

QUBADLI RAYON TƏHSİL ŞÖBƏSİ

Ünvanı. Sumqayıt şəhəri, 1-ci mikrorayon, N. Nərimanov küçəsi 11.
Marşrutlar. 7A, 7B, 2, 22, 21, 4
Əlaqə telefonu. (018) 644-11- 46

Rəhbəri.
Allahverdiyeva Afət Məhəmməd qızı - 16 noyabr 1951-ci ildə Qubadlı rayonu, Mahmudlu kəndində anadan olmuşdur. M.F.Axundov adına Rus dili və ədəbiyyatı institunu Rus dili və ədəbiyyatı ixtisası üzrə bitirmişdir. 2002-ci il tarixdən şöbənin müdiri vəzifəsində işləyir.

Qubadlı rayonunda təhsilin tarixindən
Zəngəzurda ilk ilk dünyəvi məktəb (rus-tatar məktəbi) 1882-ci ildə Qubadlıda yaradılıb. Həmin məktəbin əsası Həsən bəy Sultanov tərəfindən qoyulmuşdur.
2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə həmin məktəbin əsasında fəaliyyət göstərən Qara İlyasov adına Qubadlı şəhər 1 saylı tam orta məktəbin 125 illik yubileyi Sumqayıt şəhərində yüksək səviyyədə qeyd olunmuşdur.
İşğaldan əvvəl
Qubadlı rayonu işğal edilməzdən əvvəl rayonda 61 ümumtəhsil məktəbi, o cümlədən 33 tam orta, 16 ümumi orta (əsas), 12 ibtidai məktəb vardı. Bunlardan əlavə 1 texniki peşə məktəbi, əyani-qiyabi məktəb və 5 məktəbdənkənar müəssisə də fəaliyyət göstərirdi.
Son illərdə Qubadlı şəhərində 1176, Çərəli, Dondarlı, Mahruzlu kəndlərinin hər birində 422, Balasoltanlı, Çardaxlı, Qaracallı kəndlərinin hər birində 192, Göyərçik kəndində 164 yerlik orta, Qayalı kəndində 216, Dəmirçilər, Xəndək kəndlərinin hər birində 192, Qarakişilər, Tarovlu, Aşağı Xocamsaxlı kəndlərinin hər birində 164 yerlik səkkizillik, Mərdanlı kəndində 8 illik, Padar, Qiyaslı, Abdalalanlı, Mirlər kəndlərində ibtidai məktəb binaları da işğaldan əvvəl istifadəyə verilmişdir.
Rayon məktəblərinin 613 sinif komplektində 6000-ə qədər şagirdin təhsili ilə 1317 nəfər pedaqoji işçi məşğul olurdu.


Qubadlı rayonunda işğaldan əvvəl fəaliyyət göstərən ümumtəhsil məktəbləri haqqında məlumat

S/S Məktəbin adı Yerləşdiyi ünvan
1 Q. İlyasov adına Qubadlı Şəhər 1 saylı orta məktəbi Qubadlı şəhəri 
2 B. Mehdiyev adına Qubadlı Şəhər 2 saylı orta məktəbi  Qubadlı şəhəri
3 K. Mirzəyev adına Xanlıq kənd orta məktəbi  Xanlıq kəndi
4 S. Rəhimov adına Mahruzlu kənd orta məktəbi Mahruzlu kəndi 
5 A. Mustafayev adına Zilanlı kənd orta məktəbi  Zilanlı kəndi
6 Çaytumas kənd orta məktəbi Çaytumas kəndi 
7 Balasoltanlı kənd orta məktəbi  Balasoltanlı kəndi
8 Q. Məmmədov adına Yuxarı Mollu kənd orta məktəbi  Yuxarı Mollu kəndi
9 Aşağı Mollu kənd orta məktəbi  Aşağı Mollu kəndi
10 Muradxanlı kənd orta məktəbi  Muradxanlı kəndi
11 Xəndək kənd orta məktəbi Xəndək kəndi 
12 Qaracallı kənd orta məktəbi Qaracallı kəndi 
13 Sarıyataq kənd orta məktəbi  Srıyataq kəndi
14 Başarat kənd orta məktəbi  Başarat kəndi
15 Dondarlı kənd orta məktəbi  Dondarlı kəndi
16 Xocahan kənd orta məktəbi Xocahan kəndi 
17 Tatar kənd orta məktəbi Tatar kəndi 
18 Qaralar kənd orta məktəbi  Qaralar kəndi
19 Kavdadıq kənd orta məktəbi  Kavdadıq kəndi
20 Çərəli kənd tam orta məktəbi Çərəli kəndi 
21 M. Əliyev adına Hal kənd orta məktəbi  Hal kəndi
22 Çardaxlı kənd orta məktəbi  Çardaxlı kəndi
23 Əliquluuşağı kənd orta məktəbi  Əliquluuşağı kəndi
24 T.Müskanli kənd orta məktəbi T. Müskanlı kəndi 
25 Göyərcik kənd orta məktəbi  Göyərcik kəndi
26 Novlu kənd orta məktəbi  Novlu kəndi
27 D.Müskanlı kənd orta məktəbi  Diləli Müskanlı kəndi
28 Saray kənd orta məktəbi  Saray kəndi
29 Dəmirçilər kənd orta məktəbi Dəmirçilər kəndi 
30 Fərcan kənd orta məktəbi Fərcan kəndi 
31 Mahmudlu kənd orta məktəbi Mahmudlu kəndi 
32 Qayalı kənd orta məktəbi Qayalı kəndi 
33 M. Əhmədov adına Əyin kənd orta məktəbi Əyin kəndi 
34 Ulaşlı kənd natamam orta məktəbi  Ulaşlı kəndi
35 Məmər kənd natamam orta məktəbi Məmər kəndi 
36 Boynəkər kənd natamam orta məktəbi  Boynəkər kəndi
37 Qəzyan kənd natamam orta məktəbi Qəzyan kəndi 
38 Tarovlu kənd natamam orta məktəbi Tarovlu kəndi 
39 A.Cibikli kənd natamam orta məktəbi  Aşağı Cibikli kəndi
40 Məlikəhmədli kənd natamam orta məktəbi  Məlikəhmədli kəndi
41 Bəxtiyarlı kənd natamam orta məktəbi Bəxtiyarlı kəndi 
42 Xıdırlı kənd natamam orta məktəbi  Xıdırlı kəndi
43 Xələc kənd natamam orta məktəbi  Xələc kəndi
44 Xocamsaxlı kənd natamam orta məktəbi  Xocamsaxlı kəndi
45 Qarakişilər kənd natamam orta məktəbi  Qarakişilər kəndi
46 Padar kənd natamam orta məktəbi Padar kəndi 
47 C.Həşimov adına Mərdanlı kənd natamam orta məktəbi  Mərdanlı kəndi
48 Dovudlu kənd natamam orta məktəbi Dovudlu kəndi 
49 Qubadlı şəhər natamam orta məktəbi  Qubadlı şəhəri
50 Yusifbəyli kənd ibtidai məktəbi  Yusifbəyli kəndi
51 Mollabürhan kənd ibtidai məktəbi  Mollabürhan kəndi
52 Hat kənd ibtidai məktəbi  Hat kəndi
53 Armudluqlı kənd ibtidai məktəbi Armudluq kəndi 
54 Həmzəli kənd ibtidai məktəbi  Həmzəli kəndi
55 Yenikənd kənd ibtidai məktəbi Yenikənd kəndi 
56 Zor kənd ibtidai məktəbi  Zor kəndi
57 Göyyal kənd ibtidai məktəbi  Göyyal kəndi
58 Qiyaslı kənd ibtidai məktəbi Qiyaslı kəndi 
59 Mirlər kənd ibtidai məktəbi Mirlər kəndi 
60 Cibikli kənd ibtidai məktəbi Cibikli kəndi 
61 Hacılı kənd ibtidai məktəbi  Hacılı kəndi

Ümumtəhsil məktəblərindən əlavə işğaldan əvvəl rayonda 5 məktəbdənkənar müəssisə:

Uşaq gənclər idman məktəbi
Uşaq şahmat məktəbi
Uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzi
Texniki yaradıcılıq mərkəzi
Ekoloji Tərbiyə mərkəzi

fəaliyyət göstərirdi.

Rayonda 1 Texniki Peşə məktəbi də var idi. Xanlıq kəndində yerləşən 126 saylı bu məktəbdə 300-ə qədər şagird müxtəlif peşələrə yiyələnirdi.
Bunlardan əlavə 1 əyani-qiyabi məktəb və məktəbəqədər tərbiyə müəssisələri də fəaliyyət göstərirdi.

Qubadlı təhsili işğaldan sonra
Qubadlı rayonu işğal olunduqdan sonra təhsil sahəsinin struкturlarının bərpa еdilməsi, təhsilin maddi-tехniкi bazasının möhкəmləndirilməsi məcburi кöçкün uşaqlarının nоrmal təhsil almalarını təmin еtməк məqsədilə gеniş miqyaslı iş aparılmışdır. İşğaldan sonrakı ilk illərdə rayоnun ümumtəhsil məкtəblərinin vəziyyətinin öyrənilməsi göstəriridi кi, bu sahədə bir sıra çətinliklər var.
Bu problemləri aradan qaldırmaq üçün rayonda əsaslı tədbirlər həyata keçirilməyə başlandı.
Hazırda rayоnda 31 tam оrta və 1 ümumi orta məktəb fəaliyyət göstərir. Məcburi кöçкünlərin yığcam məsкunlaşdıqları ərazilərdə yеni məкtəb binaları inşa оlunması zərurətini nəzərə alaraq müasir tələblərə cavab vеrən 10 məкtəb binası tiкilib istifadəyə vеrilmişdir. Bakı şəhəri, Suraхanı rayоnu ərazisində Qaralar, Sumqayıt şəhəri ərazisində Aşağı Mоllu, Çaytumas, Mahruzlu, Qubadlı şəhər 1 saylı, Çardaxlı, Xələc və Saray, Abşеrоn rayоnu ərazisində Qəzyan və Хanlıq kənd 3 saylı məкtəbləri üçün tikilmiş binalar müasir və keyfiyyətli təlim üçün əlverişli şəraitə malikdir. Rayon şagirdlərinin 50 faizi yeni tikilmiş məktəblərdə təhsil alırlar.
Bundan əlavə uyğunlaşdırılmış binalarda fəaliyyət göstərən 17 məktəbdə əsaslı təmir və yenidənqurma işləri, digər məktəblərdə isə cari təmir aparılmaqla tam normal şərait yaradılmışdır. Bu məкtəblər bütünlüкlə yеni məкtəb avadanlıqları ilə təchiz оlunmuşdur. Məкtəblərin iş şəraitinin yaхşılaşdırılması ilə əlaqədar tədbirlər bu gün də davam еtdirilir.

Hal -hazırda Qubadlı rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəbləri haqqında
məlumat

İsmət Qayıbov adına Saray kənd tam orta məktəbi

 Qara İlyasov adına Qubadlı şəhər-1 saylı tam orta məktəbi  Sumqayıt şəh.11-ci mkr. (018)648-39-77 
2 Bəhmən Mehdiyev adına Qubadlı şəhər-2 saylı tam orta məktəbi   Sumqayıt şəh.3-cü mkr.”Təfəkkür” liseyi (018) 644-40-65 
3 Qubadlı şəhər-3 saylı tam orta məktəbi  Abşeron rayonu Xırdalan dairəsi.H.Əliyev pr.31a  (050) 513-74-63 
4 Qubadlı şəhər-4 saylı tam orta məktəbi   Sumqayıt şəh.2 saylı xəstəxana (bağlar ərazisi) (055) 741-11-27 
5 Kərəm Mirzəyev adına Xanlıq kənd-1 saylı tam orta məktəbi  Bakı şəh.Binəqədi rayonu, Xırdalan şosesi, döngə 13  (050) 511-26-23
6 Xanlıq kənd 2 saylı tam orta məktəbi  Bakı şəh.Nizami ray.Rizvan Teymurov 63  (012) 422-51-09 
7 Xanlıq kənd 3 saylı tam orta məktəb  Abşeron rayonu.Nübar qəsəbəsi  (012) 347-23-00
8 Xanlıq kənd ümumi orta məktəbi   Bakı şəh.Sabunçu rayonu Ramana qəsəbəsi  (012) 458-66-84
9  Nadir Ərşadoğlu adına Dondarlı kənd tam orta məktəbi Sumqayit şəh.S.Vurğun küç.№1  (018) 646-86-79 
10  Rəfael Əlirzayev adına Xocahan kənd tam orta məktəbi Sumqayıt şəh.Asfalt-beton z-d ərazisi.G/qondu yaş. massivi  (070) 343-88-47
11  İsa Məmmədov adına Aşağı Mollu kənd tam orta məktəbi Ceyranbatan qəsəbəsi,Asfalt zavod ərazisi  (055) 638-35-43
12 Mahmudlu kənd tam orta məktəbi  Sumqayıt şəh.41-ci məhəllə, 28 may mədəniyyət evi  (018) 644-95-08
13  Mehman Ağayarov adına Kavdadıq kənd tam orta məktəbi  Sumqayıt şəh.10-cu mkr.24 saylı məktəbin yardımçı binası (050) 395-72-35
14  Baba Məmmədov adına Fərcan kənd tam orta məktəbi Sumqayıt şəh.1 saylı Dəmir beton z-d inzibati binası  (018) 645-82-31 
15 İsmət Qayıbov adına Saray kənd tam orta məktəbi  Sumqayıt şəhəri, 17-ci mkr.   (050) 451-59-54
16 Alı Mustafayev adına Zilanlı kənd tam orta məktəbi  Sumqayıt şəh.2-ci mkr.3 saylı Sumqayıt şəhər tam orta məktəbi  (055) 761-33-83
17 Aslan Atakişiyev adına Muradxanlı kənd tam orta məktəbi  Bakı şəh.Binəqədi rayonu.Motodrom ərazisi  (055) 898-06-10 
18 Süleyman Rəhimov adına Mahruzlu kənd tam orta məktəbi  Sumqayıt şəh.Natəvan küçəsi 22-ci məhəllə  (018) 654-23-76 
19 Teymur Müskanlı kənd tam orta məktəbi   Bakı şəh. Qaradağ r-nu,Müşviqabad qəsəbəsi.67 saylı uşaq baxçası (050) 351-23-83 
20 Şahbaz Kərimov adına Çərəli kənd tam orta məktəbi   Sumqayıt şəh.6-cı mkr.4 saylı şəhər klubu (018) 644-76-44
21 Balakişi Hüseynov adına Dəmirçilər kənd tam orta məktəbi  Sumqayıt şəh.42-ci məh.4 saylı Peşə liseyi  (050) 336-72-30 
22  Cəlal Həşimov adına Mərdanlı kənd tam orta məktəbi Sumqayıt şəh.Kimyaçılar qəsəbəsi  (018) 648-58-79
23  Qurban Məmmədov adına Yuxarı Mollu kənd tam orta məktəbi  Sumqayıt şəh.76-cı məhəllə.Peşə liseyi (050) 534-16-06
24 Mirağa Əliyev adına Hal kənd tam orta məktəbi   Sumqayıt şəh. 42-ci məhəllə 2 saylı Peşə liseyi (018) 644-48-94
25 Hafiz Quliyev adına Çaytumas məktəb-liseyi  Sumqayıt şəh.12-ci mkr.Çerkassi küçəsi  (018) 648-15-21
26 Fərrux Mehdiyev adına Qaralar kənd tam orta məktəbi  Bakı şəh.Suraxanı rayonu.1-ci mədən ərazisi  (050) 314-44-63 
27 Əliquluşağı kənd tam orta məktəbi  Sumqayıt şəh.8-ci mkr.17 saylı məktəb  (055) 837-48-29 
28 Çingiz Quliyev adına Çardaxlı kənd tam orta məktəbi  Sumqayıt şəh. Yeni Yaşayış massivi, 8-ci məhəllə   (055) 785-63-82
29 Bərxudar Əsgərov adına Xələc kənd tam orta məktəbi   Sumqayıt şəh.Xəzri məhəllə komitəsinin ərazisi (018) 653-01-73 
30 İşıqlı kənd tam orta məktəbi  Sumqayıt şəh.İnşaatçılar qəs.1 saylı Peşə liseyi  (018) 654-17-34 
31 Əliyar Əliyev adına Qəzyan kənd tam orta məktəbi  Abşeron rayonu,Masazır qəsəbəsi  (012) 347-79-46 
32  Xıdırlı kənd tam orta məktəbi  Sumqayıt şəh.Yaşıl dərə yaşayış massivi (050) 355-65-04

Ümumtəhsil məktəblərindən əlavə hazırda rayonda 4 məktəbdənkənar müəssisə:

Uşaq gənclər idman məktəbi
Uşaq şahmat məktəbi
Uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzi
Texniki yaradıcılıq mərkəzi fəaliyyət göstərir.

Hazırda Qubadlı məktəblərində normal təlim üçün tam əlverişli şərait yaradılmışdır. Məktəblər istilik sistemi ilə təmin olunmuşdur. Yaradılmış şəraitin nəticəsidir ki, məzunların sırasında ali məktəblərə qəbul olanların sayı ildən - ilə artır. Bu gün Qubadlı rayonundan olan 850-dən çox tələbə müxtəlif ali məktəblərdə təhsil alır.
Təkcə son 2010-2011-ci tədris ilində rayon məktəblərinin ali məktəblərə qəbul kompaniyasında iştirak edən məzunlarının 41 faizə qədəri tələbə adını qazanmışdır. Qəbul olan 132 nəfərdən 20 nəfəri 500-dən, 8 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Məzunlardan 1 nəfəri- Xələc kənd tam orta məktəbinin məzunu Prezident təqaüdünə layiq görülmüşdür.
Ə. Əliyev adına Qəzyan kənd tam orta məktəbin XI sinfini bitirən 10 nəfər şagirddən 8-i (80%) ali məktəblərə qəbul olunmuşdur ki, bunların da 5 nəfəri 500 dən, 2 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.
İşğaldan sonra Qubadlı təhsil işçiləri öz sələflərinin ənənlərini davam etdirərək çalışdıqları məsul sahədə layiqincə işləmişlər. Pedaqoji işçilərin bir çoxu səmərəli fəaliyyətinə, təhsilin inkişafındakı xidmətlərinə görə yüksək Fəxri adlara və təltiflərə layiq görülmüşlər.

"Azərbaycan Respublikasının Əməkdar müəllimi" fəxri adı alanlar

Allahverdiyeva Afət Məhəmməd qızı - Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2010-cu il tarixli sərəncamı ilə Qubadlı rayon Təhsil şöbəsinin müdiri işləyərkən təltif edilmişdir.
İsmayılov Sabir Səfərəli oğlu - Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2004-cü il tarixli sərəncamı ilə Qubadlı rayonu, Xocahan kənd tam orta məktəbin riyaziyyat müəllimi işləyərkən təltif edilmişdir.
Həsənov Yadigar Həsən oğlu - Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2005-ci il tarixli sərəncamı ilə Qubadlı rayonu, Dondarlı kənd tam orta məktəbin riyaziyyat müəllimi işləyərkən təltif edilmişdir.
Sevdimalıyev Sevi İsmayıl oğlu - Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2007-ci il tarixli sərəncamı ilə Qubadlı rayonu, Fərcan kənd tam orta məktəbin direktoru işləyərkən təltif edilmişdir.
Orucov Həbib Əbdülkərim oğlu - Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2009-cu il tarixli sərəncamı ilə Qubadlı rayonu, Xanlıq kənd 1 saylı tam orta məktəbin direktoru işləyərkən təltif edilmişdir.
Bayramova Əminə Mədəd qızı - Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2007-ci il tarixli sərəncamı ilə Qubadlı rayonu, Qubadlı şəhər 1 saylı tam orta məktəbin fizika müəllimi işləyərkən təltif edilmişdir.

"Tərəqqi"medalı ilə təltif olunanlar

Allahverdiyeva Afət Məhəmməd qızı - Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2005-ci il tarixli sərəncamı ilə Qubadlı rayon Təhsil şöbəsinin müdiri işləyərkən təltif edilmişdir.
Məhərrəmov Lətif Fərhad oğlu - Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2008-ci il tarixli sərəncamı ilə Qubadlı rayonu, Dondarlı kənd tam orta məktəbin riyaziyyat müəllimi işləyərkən təltif edilmişdir.
Əsədov Nüşrəvan Əbdüləli oğlu - Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2007-ci il tarixli sərəncamı ilə Qubadlı şəhər 1 saylı tam orta məktəbin direktoru işləyərkən təltif olunmuşdur.
Quliyev İnqilab İsa oğlu - Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2007-ci il tarixli sərəncamı ilə Qubadlı şəhər 1 saylı tam orta məktəbin müəllimi işləyərkən təltif olunmuşdur.
Əsədov Ədalət İxtiyar oğlu - Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2011-ci il tarixli sərəncamı ilə Fərcan kənd tam orta məktəbin müəllimi işləyərkən təltif olunmuşdur