Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Region haqqında
Təhsil

Sumqayıt

1952-ci ilə qədər şəhərdə Corat məktəbi daxil olmaqla 3 məktəb fəaliyyət göstərmişdir ki, həmin dövrdə bu məktəblər Bakı şəhərinin tabeliyində olmuşdur. 1952-ci ildə Sumqayıt Xalq Maarif şöbəsi yaradılmışdır. Həmin ildə şəhərin 3 məktəbində 4 minə yaxın şagird təhsil almışdır.

Hazırda şəhərdə 49 məktəb fəaliyyət göstərir. Onlardan 47-si orta ümumtəhsil, 2-si sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbdir. Ümumtəhsil məktəblərindən 4-ü yeni tipli (3 lisey, 1 gimnaziya) təlim-tərbiyə müəssisələridir.

Məktəbdə 56201 nəfər şagird təhsil alır. Onlardan 767 nəfəri gimnaziyada, 2383 nəfəri liseylərdə, 561 nəfəri xüsusi məktəblərdə, 52490 nəfəri isə ümumtəhsil məktəblərində oxuyur.

Ümumtəhsil məktəblərində şəhid ailələrindən 242 şagird, hər iki valideynini itirmiş 80 şagird, bir valideynini itirmiş 1625 şagird, qaçqın ailələrindən 3135 şagird təhsil alır, imkan daxilində onlara diqqət və qayğı ilə yanaşılır.

Bu kateqoriyadan olan, həmçinin aztəmintalı ailələrə kömək məqsədilə 2004-cü ildə yeni ümumtəhsil internat məktəbi fəaliyyətə başlamışdır. Hazırda şəhərimizdə fəaliyyət göstərən 2 ümumtəhsil internat məktəbdə 939 şagird təhsil alır, tərbiyə olunur.

Sumqayıt şəhər məktəblərində 5214 müəllim çalışır. Onlardan 4256 nəfəri qadın (81,6%), 958 nəfəri isə (18,4%) kişidir. Müəllimlərdən 4482 nəfəri (86%) ali, 720 nəfəri (14%) isə orta ixtisas təhsilli olmaqla onların 34%-i gənclərdir.

Şəhərdə 57 məktəbəqədər tərbiyə müəssisəsində 7245 uşağın təlim-tərbiyəsi ilə 2384 nəfər məşğul olur. Bunlardan 945 nəfər pedaqoji, 1052 nəfəri isə texniki işçidir.

İstər məktəblərdə, istərsə də məktəbəqədər müəssisələrdə müxtəlif yeni pilot layihələr, xüsusilə sağlamlıqlarında qüsur olan uşaqların məktəb və bağçalarda adi uşaqlarla bir yerdə təhsili - inkluziv təhsillə bağlı geniş layihələr həyata keçirilir. Asiya İnkişaf Bankının dəstəyi ilə məktəbəqədər tərbiyə müəssisələrimizlə bağlı şəhərimiz pilot layihəsinə salınmışdır. Şəhərimizdə çoxsaylı monitorinqlər aparılmış, treninqlər, görüşlər keçirilmişdir. Xeyli metodik vəsaitlər işlənib hazırlanmış və çap olunmuşdur.

Bəzi bağçaların beynəlxalq layihələrə qoşulması bu sahədə inkişafa təkan verəcəkdir. Məktəbəqədər tərbiyə müəssisələrindən 11, 20, 30, 40 №-li uşaq bağçaları SOROS fondunun "Addım-addım" proqramı ilə işləməyə başlamış, 30, 40, 63, 66 №li bağçalar İnkuliziv-inteqrasiv pilot layihəsinə, 47 №li uşaq bağçası YUNISEF-in "Yuva" humanitar təşkilatının iştirakı ilə "Erkən uşaqlıq dövründə qayğı və inkişaf texnologiyası" proqramına qoşulmuşdur.