Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Region haqqında
Mədəniyyət

Sumqayıt

50-ci illərdə sənaye şəhəri kimi inkişaf edən Sumqayıtda Sumqayıt şəhər Mədəniyyət şöbəsinin yaradılması şəhərin mədəni həyatında əlamətdar hadisəyə çevrildi.

1998-ci ildən etibarən, Sumqayıt Şəhər Mədəniyyət İdarəsi kimi fəaliyyət göstərən idarə öz ətrafında 9 filialı əhatə edən Mərkəzləşdirilmiş Kitabxana Sistemini, 14 klub tipli müəssisəni (8 mədəniyyət evi, 6 klub), 3 incəsənət, 2 musiqi məktəbini, Sumqayıtın Tarixi Muzeyini, Sumqayıt Dövlət Rəsm Qalereyasını birləşdirir. 

Bu mədəni-maarif ocaqlarında 1164 nəfər çalışır.

Qeyd olunduğu kimi Sumqayıt Şəhər Mədəniyyət İdarəsinin tabeliyində 6 klub – “Gənclik”, “Veteran”, “Poeziya”, 4 saylı şəhər klubu, 5 saylı şəhər klubu, 6 saylı şəhər klubu və 8 mədəniyyət evi – C.Cabbarlı adına mədəniyyət evi, N.Nərimanov adına mədəniyyət evi, Mərkəzi Şəhər Mədəniyyət evi, “Energetik” mədəniyyət evi, “İnşaatçılar” mədəniyyət evi, “28 may” mədəniyyət evi, “Dostluq” mədəniyyət evi, Corat mədəniyyət evi fəaliyyət göstərir.

 Bundan əlavə, 2016-cı ildən şəhər ərzizisndə sahil boyuinca yeni bulvar ərzisi salınıb.  

Sumqayıt Dövlət Dram Teatrı

Direktor: Həsənov İslam
Ünvan: Azərbaycan prospekti 9
Əlaqə telefonu: (018)65-5-91-21
E-mail: sumqayitdram@mail.ru
Sayt: www.sumqayitdram.az

1968-ci ildə Sumqayıtın mədəni həyatında daha bir yenilik baş verdi. Görkəmli teatr xadimi, rejissor Hüseyn Ərəblinskinin adını daşıyan Sumqayıt dövlət dram teatrı yarandı. 14 mart 1969-cu ildə M.F.Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" pyesinin tamaşası ilə teatrın açılışı oldu. Teatrın repertuarına klassik və müasir Azərbaycan, rus və xarici ölkə dramaturqlarının pyesləri daxildir.
M. Lermontovun "Maskarad" , N.B.Vəzirovun "Müsibəti Fəxrəddin", İ. Ştokun "İlahi komediya" və s. Teatrın səhnəsində məharətlə oynanılmışdır. Nəriman Həsənzadənin "Bütün Şərq bilsin" əsərinin tamaşası 1981-ci ildə teatr tamaşalarına Ümumittifaq baxışın diplomuna layiq görülmüşdür.
Teatrda bir müddət xalq artistləri - Rza Əfqanlı, Barat Şakinskaya, görkəmli rejissor Mərahim Fərzəlibəyov çalışmışlar. Teatrın yetirmələri - Afaq Bəşirqızı, Hicran Mehbalıyeva, Valeh Kərimov, Rövşən Almuradov, Kazım Abdullayev respublikanın tanınmış incəsənət xadimləridir.
Öz pərəstiskarlarını sevimli klassiklərin premyeraları ilə sevindirən teatr hər il yaxın əcnəbi ölkələrə qastrol səfərlərinə gedirlər.

 

Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi

Sədri: Gülnarə Cəmaləddin.
Üzvlərinin sayı:
Ünvanı:
Əlaqə telefonu:

Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi 1996-cı il dekabr ayının 21-də təsis edilmişdir. Bölmənin nəzdində "Turan" , "Zərif" qadın ədəbi məclisləri, "Tumurcuq" uşaq klubu fəaliyyət göstərir. Bölmə yarandığı gündən fəaliyyətini bu istiqamətlərdə qurmuşdur; Klassik və müasir Azərbaycan ədəbiyyatının təbliği , dünya ədəbiyyatının təbliği, yerli müəlliflərin əsərlərinin təbliği və gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi.
Bölmə tərəfindən çap olunan kitablar:
1. Vətən deyən şerlər" 1999.
2. "Qanadlandıq uçmağa" (birinci kitab) 2000.
3. "Qanadlandıq uçmağa" (ikinci kitab) 2001.
4. "Qanadlandıq uçmağa" (üçüncü kitab) 2002.
5. "Bənövşə pıçıltısı" (ədəbi almanax) 2002.
6. "Məlumat-sorğu kitabçası" 2002.
7. "Qanadlandıq uçmağa" (dördüncü kitab) 2002.
8. "Bizdən sizə qalan sözdü" (ədəbi almanax) 2003.
9. "Qanadlandıq uçmağa" (beşinci kitab) 2004.
10. "Vətənim, anam, dilim (almanax) 2004.
11. "Qanadlandıq uçmağa"(altıncı kitab) 2005.
12. "Dünya Sumqayıtdan keçir"(ədəbi tərcümələrdən ibarət almanax) 2005.
Bölmənin fərqlənən üzvləri:
- Məmməd Aslan (1999-cu ildə respublika prezidentinin fərmanı ilə "Şöhrət" ordeninə layiq görülüb. Prezident təqaüdçüsüdür).
- Ofeliya Babayeva ( "Araz" ali ədəbi mükafatı laureatı, respublikanın əməkdar müəllimidir. "Tərəqqi" medalı ilə təltif edilib.)
- Əvəz Mahmud Lələdağ ( "Tərəqqi" medalı ilə təltif edilib. )
- Qüdrət Muğanlı ( "Qızıl qələm" və "Həsən bəy Zərdabi" mükafatları laureatı, respublikanın əməkdar jurnalistidir.)
- Rafiq Yusifoğlu ( "İlin ən yaxşı kitabı" , "Qızıl qələm" , "Araz" , "Vətən" , "Tofiq Mahmud" ədəbi mükafatlarının laureatı , respublikanın əməkdar jurnalistidir.)
- İbrahim İlyaslı ( Azərbaycan respublikası prezidentinin 6 dekabr 1999-cu il tarixli sərəncamı ilə istedadlı yazarlara 6 ay müddətinə verilən təqaüdə layiq görülüb.)
- Sabir Yusifoğlu (Azərbaycan respublikası prezidentinin 28 oktyabr 2000-ci il tarixli sərəncamı ilə istedadlı yazarlara 6 ay müddətinə verilən təqaüdə layiq görülüb.)

Parklar

Nəsimi adına dənizsahili Park - şəhərin ümumi planında parklar böyük əhəmiyyət kəsb edir. Şəhərin aşağı hissəsi dəniz sahilini, yuxarı hissəsi isə S.Vurğun adına küçəni əhatə edir. Şəhərin yüksəkliyindən yaşıl ağaclar və güllərlə örtülmüş dənizkənarı parkın panaraması görünür. Burada Mehdi Hüseynzadə adına böyük idman mərkəzi yerləşir. Park ərazisində çimərlik mövcuddur. Yaşıl ağaclarla istirahət üçün bir sıra məkanlar var. Qonaqların xidmətində kafe və restoranlar, çayxanalar, uşaq atraksionları, coxlu sayda yelləncəklər durur. Əgər siz disko musiqi altında rəqs etmək istəyirsinizsə şəhər kafelərində diskotekalar sizi gözləyir. əgər siz bu əyləncələrdən imtina edirsinizsə, onda bütün sumqayıtlıların qürur mənbəyi olan dənizsahili parka gəzinti təşkil edə bilərsiniz. Park xüsusilə isti yay günlərində vətəndaşların sevimli istirahət məskənidir.
Tel: (+99418)645-15-83

Heydər Parkı - park müasir məhəllələrin arasında yerləşir. Burada əyləncə və istirahət üçün bütün şərait: rahat kafe və çayxanadan yelləncəklərə kimi, atraksionlar, avtomat oyunlar yaradılmışdır. Buradakı rahatlıq və sakitliyi özünün orijinallığı ilə seçilən fəvvarələr, qeyri-təbii kiçik şəlalələr tamamlayır.

Lüdviqshafen parkı - əgər şəhər boşluğundan bezib, şəhər parklarında, fəvvarələr ətrafında dincəlmək istəyirsinizsə, o zaman ən münasib yer Lüdviqshafen parkıdır. Parkın adı alman qardaşlıq şəhərinin adı ilə bağlıdır. Parkda tez-tez müxtəlif yaş həddində olan insanları kitab və qəzet oxuyarkən görmək olar.

Nəsimi adına Mədəniyyət və İstirahət parkı

1967-ci ildə Azərbaycan SSR Mədəniyyət nazirliyinin 16 mart tarixli 64 saylı əmrinə əsasən mədəniyyət və istirahət parkı yaradıldı. 23 hektar dənizkənarı sahəni əhatə edən ərazidə küləyə, quraqlığa davamlığı olan 39 növ ağac - Eldar və Alp şamları, Ağcaqayın, Akasiya, Küknar, Qovaq ağacları və s. cərgələrə düzüldü. Yaşıllaşdırma yüksək ixtisaslı mütəxəssislərə - aqronomlara, bağbanlara həvalə edildi. Şəhər əhalisinin sağlamlığında parkın yaşıl ərazisi ilə yanaşı, çimərlik zonası da əhəmiyyətli rol oynayır. İldən-ilə genişlənən, gözəlləşən parka 17 avqust 1978-ci ildə dahi Azərbaycan şairi Nəsiminin adı verilmişdir. Elə həmin ildə V.Nəzirov və A.Quliyevin müəllifi olduğu "Sülh göyərçini" abidəsinin qoyulması parkı daha da gözəlləşdirdi.
1981-ci ildə "Yay estradası"nın açılışı, "Rəqs meydançası"nın təşkili, kafelər, müxtəlif qurğulu yelləncəklər, mexaniki attraksionlar şəhər əhalisinin mədəni istirahəti üçün əvəzsizdir. Nəsimi adına mədəniyyət və istirahət parkı yaz-yay mövsümündə mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün əsas mərkəzdir. Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgilərin nümayişi, şair və yazıçılarla görüşlərin təşkili, əmək, ədəbiyyat və incəsənət günləri ilə əlaqədar keçirilən ənənəvi tədbirlərin əsas ünvanı məhz İ.Nəsimi adına mədəniyyət və istirahət parkıdır.
Ağır faciələrə sinə gərmiş, mətinləşmiş Sumqayıtın yüzlərlə şəhid balasının son məkanı, şəhər əhalisinin ziyarətgahına çevrilən "Şəhidlər xiyabanı" parkın şərq hissəsində yerləşir. 20 Yanvar şəhidlərinə həsr edilmiş abidə (1991-ci il) və "Ulduzlar" abidəsi (1999-cu il) sumqayıtlıları tarixi unutmamağa çağırır.
Yuxarıda qeyd olunan heykəltəraşlıq nümunələrinin müəllifi, şəhərin baş rəssamı Vaqif Nəzirov, rəssam Aqil Quliyevlə birgə 07.10.2003-ci il tarixdə dahi Azərbaycan şairi İ.Nəsiminin abidəsi üçün Xəzərin sahili və yaşıllığa qərq olmuş parkın görkəmli mənzərəsinin ovuc içi kimi göründüyü yüksəklikdə ünvan seçdilər.
Sumqayıtın əsas magistral yolu olan Səməd Vurğun küçəsindən tutmuş Xəzərin ləpədöyəninə qədər ərazini əhatə edən parkın hal-hazırda ümumi sahəsi 80 hektardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.08.2001-ci il tarixli 132 saylı qərarına əsasən, İ.Nəsimi adına mədəniyyət və istirahət parkı ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri siyahısına daxil edilmişdir.

Heydər bağı

1999-cu ildə 9-cu mk/r-da boş bir ərazidə yeni bağ salındı - "Heydər bağı". Getdikcə bu bağın ərazisi genişləndirildi. Burada əyləncə və istirahət üçün bütün şərait: rahat kafe və çayxanadan yelləncəklərə kimi, atraksionlar, avtomat oyunlar yaradılmışdır. Buradakı rahatlıq və sakitliyi özünün orijinallığı ilə seçilən fəvvarələr, qeyri-təbii kiçik şəlalələr tamamlayır.
Şəhər əhalisinin istirahət mərkəzinə çevrilmiş bağ 2003-cü ildən etibarən, "Heydər parkı" kimi tanınır və sevilir.

Lüdviqshafen parkı

1997-ci ildə Sumqayıt - Lüdviqshafen dostluq əlaqələrinin 20 illiyi münasibəti ilə 9-cu mk/r-da yeni park - "Lüdviqshafen" parkı yaradılmışdır.

Bələdiyyə parkı

2003-cü il tarixdən parklar siyahısına yeni bir park daxil oldu. 1955-ci ildən "Şəhər bağı" kimi tanınan bağ Sumqayıt Şəhər Bələdiyyəsinin vəsaiti hesabına genişləndi, abadlaşdı və "Bələdiyyə parkı" kimi sumqayıtlıların xidmətində durdu.