Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Region haqqında
Mədəniyyət

Qubadlı

Qubadlı rayonu Mədəniyyət və Turizm şöbəsi

Ünvanı. Sumqayıt şəhəri,  Koroğlu prospekti,  

Marşrutlar. 7A, 7B, 33, 34

Əlaqə telefonu. (018) 644-52-24

Faks: 018-64-4-52-24

  1934 – cü ilədək klublar və qəsəbə klubu kimi fəaliyyət göstərən müəssisələr 1946 – cı ildən Mədəniyyət şöbəsi yaradılaraq və həmin müəssisələr şöbənin tabeçiliyinə verildi.  Elə həmin ildən də rayon mədəniyyət evi  və MKS (mərkəzi kitabxana sistemi) inşa edildi.1993 – cü ildə işğaldan sonra Sumqayıt şəhərində 28 MAY mədəniyyət evinin binasında fəaliyyətini bərpa etmişdir.

İşğaldan əvvəl

 İşğaldan əvvəl Qubadlı rayonunda 180-ə qədər mədəni- maarif müəssisələri fəaliyyət göstərirdi.

 Bunlardan,

 Mədəniyyət evləri - 12

 o, cümlədən, rayon mədəniyyət evi - 1

 kənd mədəniyyət evləri - 11

 Klublar - 44

 Kitabxanalar - 84

 o, cümlədən, MKS - 1

 kənd kitabxanası - 82

 uşaq kitabxanası - 1

 Kinoqurğular - 23

Avtoklublar - 7

 Muzey - 1

 Məscidlər - 7

Bunlardan əlavə rayonda 2 Uşaq musiqi məktəbi də var idi: Qubadlı şəhərində Qubadlı rayon Uşaq musiqi məktəbi və Mahmudlu kəndində Mahmudlu kənd Uşaq musiqi məktəbi.

 Rayonda Mərkəzləşdirilmiş Kitabxana sistemi fəaliyyət göstərirdi.

 Qubadlı rayonunda ilk kitabxana 1936-cı ildən fəaliyyətə başlayıb. Kitabxanaların mərkəzləşmə işi 1980-ci ilə təsadüf edir. Rayon Mərkəzi Kitabxanasında Metodika və biblioqrafiya, Kitabişləmə və komplektləşdirilmə, Mübadilə, Oxuculara xidmət şöbələri fəaliyyət göstərmişdir.

 1993-cü il avqustun 31-də  Qubadlının işğalı zamanı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fondunda 600 minə yaxın kitab fondu, 2 mərtəbəli 24 otaqdan ibarət bina, oxu zalı, 21300 oxucu kontingenti olmuşdur.

İşğaldan sonra.

 İşğaldan sonra rayon Mədəniyyət və turizm şöbəsi 1 kitabxana, 1 Tarix- Diyarşünaslıq muzeyi, 1 mədəniyyət evi və 2 uşaq musiqi məktəbindən ibarət strukturda fəaliyyətini qismən bərpa etmişdir. Son illər ərzində rayon İcra hakimiyyətinin səyi və təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi və yerli imkan hesabına Sumqayıt şəhərindəki “28 May” mədəniyyət evində aparılmış əsaslı təmir, tikinti və yenidənqurma işlərindən sonra burada həmin müəssisələrin fəaliyyəti üçün normal iş şəraiti yaradılmışdır.

 

İşğaldan sonra fəaliyyəti bərpa edilən mədəniyyət müəssisələri:

 1. Həsənqulu Qasımov adına Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Sumqayıt şəhəri Koroğlu Prospekti, “28 May” mədəniyyət evinin binası   
(018) 644-73-96

2. Rayon Tarix-Diyarşünaslıq muzeyi, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Qubadlı rayon İcra Hakimiyyətinin binası
(050)    397-63-13     

3. Vasili Əliyev adına Qubadlı rayon mədəniyyət evi, Sumqayıt şəhəri Koroğlu Prospekti, “28 May” mədəniyyət evinin binası
(055) 771-62-34

4. Mahmudlu kənd mədəniyyət evi, Sumqayıt şəhəri Koroğlu  Prospekti, “28 May” mədəniyyət evinin binası        

5. Əbülfəz Mehdiyev adına Qubadlı rayon Uşaq musiqi məktəbi, Sumqayıt şəhəri, 9 mikrorayon, S. Rüstəmov adına Sumqayıt şəhər İncəsənət məktəbinin binası  
(018) 644-52-23

6. Fəxrəddin Hüseynov adına Mahmudlu kənd Uşaq musiqi məktəbi  Sumqayıt şəhəri Koroğlu Prospekti, “28 May” mədəniyyət evinin binası
 (018) 644-20-88