Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Region haqqında
Səhiyyə

Şuşa

Kərim Bəy Mehmandarov adına Şuşa mərkəzi rayon xəstəxanası
Hazırda Şuşa Mərkəzi Rayon Xəstəxanası (MRX) adlandırılan rayon səhiyyə şöbəsinin əsası 1834-cü ildə Gövhərağa tərəfindən inşa etdirilmiş, «Aşağı Gövhərağa məscidi »ndə istifadəyə verilmiş müalicəxanadan başlamışdır. Daha sonra Çar höküməti tərəfindən 1847-ci ildə tibb məntəqəsi yaradılmışdır. 1909-cu ildə Şuşada 60 çarpayısı olan 2 xəstəxana fəaliyyət göstərirdi. 1918-1920-ci illərdə Xalq Xəstəxanası adlandırılmış, çarpayılaın sayı 100-ə çatdırılmışdır. Sovet dönəmində 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması ilə Şuşa qəza şəhəri olmaqla bütün sahələr kimi səhiyyə sahəsində də tənəzzülə uğramış, çarpayıların sayı azalmağa başlamışdır. 1930-cu ildə Şuşa rayon statusu aldıqdan sonra səhiyyə şöbəsi, rayon xəstəxanası və kənd tibb müəssisələri şəbəkəsi yaranmışdır. 1950-ci illərin sonunda rayon xəstəxanası Sanitar Xəstəxana Birliyi adlandırılmışdır. 1964-cü ildə yaranmış Mərkəzi Rayon Xəstəxanasına Peterburq Tibb Cərrahlıq Akademiyasını bitirib, Azərbaycanda elmi cərrahlığın bünövrəsini qoyanlardan olan və 1929-cu ilə qədər Şuşa Xəstəxanasında həkim işləyən Əbdülkərimbəy Mehmandarovun adı verilmişdir.8 may 1992-ci ildə Şuşa rayonunun işğalına qədər rayonun səhiyyə təşkilatları aşağıdakı strukturda olmuşdur.

1.Şuşa Mərkəzi Rayon Xəstəxanası - 200 çarpayı gücündə
2.Şəhər poliklinikası
3.Stomatoloji poliklinika
4.Sanitar-epidemioloji stansiya
5.Təcili tibbi yardım stansiyası
6.Tibb məktəbi
7.Təsərrüfat hesablı profilaktiki dezinfeksiya şöbəsi
8.Mərkəzi rayon apteki və 5 aptek şəbəkəsi
9.Şuşa şəhərində X.B.Natəvan adına Respublika İxtisaslaşdırılmış uşaq sanatoriyası 250 çarpayılıq
10.Böyük Qaladərəsi Kənd Sahə Xəstəxanası 10 çarpayılıq 
11.Quşçular Kənd Həkim Ambulatoriyası
12. Malıbəyli Kənd Həkim Ambulatoriyası kompleksi və birinci mərtəbəsi inşa olunmuş 50 çarpayılıq kənd sahə xəstəxanası
13. Turşsu Kənd Həkim Ambulatoriyası
14. Xanalılar Kənd Həkim Ambulatoriyası
15. Xəlifəli Kənd Həkim Ambulatoriyası
16. Çaykənd Kənd Həkim Ambulatoriyası
17. Daşaltı Kənd Həkim Ambulatoriyası
18. Allahqullar Feldşer-mama məntəqəsi
19.Qaybalı Feldşer-mama məntəqəsi
20.Qaladərəsi Feldşer-mama məntəqəsi
21.Zarıslı Feldşer-mama məntəqəsi
22.Səfixanlar Feldşer-mama məntəqəsi
23.Şırlan Feldşer-mama məntəqəsi
24.Göytala Feldşer-mama məntəqəsi
25.Xanlıqpəyə Feldşer-mama məntəqəsi

Həmin 30 səhiyyə müəssisələrində çalışan işçilərin sayı 559 nəfər,onlardan həkimlər 96 nəfər,orta tibb işçiləri 237 nəfər olmuşdur.Şuşa rayonunun işğalından sonra fəaliyyətdə olan tibb müəssisələri
Şuşa Mərkəzi Rayon Xəstəxanasının poliklinika hissəsi Şuşa rayon Malıbəyli kənd Həkim tibb məntəqəsi -hal- hazırda Bakı şəhəri Ramana 450 qəsəbəsində yerləşir.Şuşa rayon Quşçular kənd Həkim tibb məntəqəsi- Bakı şəhəri Pirşağı qəsəbəsində Gilavar sanatoriyasında yerləşir.Şuşa rayon Xanalılar kənd Həkim tibb məntəqəsi- Ağdam rayonu ərazisində Mirzələr qış yatağında yerləşir.Hal-hazırda Şuşanın tibb müəssisələrində 152 nəfər çalışır. Onlardan 47 nəfəri həkim, 75 nəfəri isə orta tibb işçiləridir.Şuşa Mərkəzi Rayon Xəstəxanası 1993-cü ildən Bakı şəhəri, Ə.Əhmədov (keçmiş Talıblı küç.) küçəsi 26 ünvanında yerləşir. Telefon: 432-73-05.Baş həkimi Məhərrəmov Ramiq İdris oğludur.