Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Region haqqında
Səhiyyə

Sumqayıt

Sumqayıtda Səhiyyə Şöbəsi 1939-cu ildən rayon səhiyyə şöbəsi şəklində mövcuddur. 1948-ci ildən isə hazırkı günə qədər "Sumqayıt şəhər Səhiyyə şöbəsi" adında fəaliyyət göstərir. Sumqayıt ərazisində ilk xəstəxana 1924-cü ildə Haci Zeynalabdin Tağıyev tərəfindən əsası qoyulmuş, hazırda H. Zeynalabdin qəsəbəsində yerləşən 3 saylı Birləşmiş xəstəxanadır.
Xəstəxanalar
1 saylı xəstəxana (Təyinatı: Müalicə profilaktika işi; Tutumu: 460 çarpayı)
2 saylı xəstəxana (Təyinatı: Çox profilli xüsusi ixtisaslaşdırılmış tibbi yardım; Tutumu: 400 çarpayılıqdır)
3 saylı xəstəxana (4 profildə fəaliyyət göstərir: terapiya, cərrahiyə, ginekalogiya, doğum çarpayıları)
Bərpa xəstəxanası (Tutumu: 190 çarpayı; o cümlədən, Terapiya şöbəsi: 60 çarpayı, Nevrologiya: 60 çarpayı, Cərrahiyyə: 40 çarpayı, Kardiologiya: 30 çarpayı. Bundan əlavə rentgen, laboratoriya və fizioterapiya şöbələri və funksional diaqnostika kabineti də fəaliyyət göstərir. Xəstəxana əsas etibarilə planlı xəstələri qəbul edir.)
Akademik U. Musabəyli adına Rayonlararası Sumqayıt Oftalmoloji Xəstəxana (Təyinatı: ixtisaslaşdırlmış Oftalmoloji xidmət; Xəstə tutumu: 120 çarpayı)
Uşaq xəstəxanası (Təyinatı: Çox profilli uşaq xəstəxanası; Xəstə tutumu: 320 çarpayılıq)