Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Region haqqında
Səhiyyə

Zəngilan

1930-cu ildə Zəngilan inzibati rayonu yaradılarkən əhalinin tibbi xidmətini təmin etmək üçün 25 çarpayısı olan rayon xəstəxanası təşkil edilmişdir. Həmin illərdə əhali arasında maliyariya, vərəm, traxoma, qarın yatalağı, çiçək və başqa yolxucu xəstəliklər geniş yayılmışdır. Zəngilanda işləmiş tibb işçilərinin fədakarlığı sayəsində həmin xəstəliklərin yayılmasının qarşısı alınmış və bəzilərinin kökü kəsilmişdir.
1957-ci ildə Rayon xəstəxanası Sanitar Xəstəxana Birliyi adlandırılmışdır. 1965-ci ildən Sanitar Xəstəxana Birliyi Mərkəzi Rayon Xəstəxanası adlandırılmışdır. 1965-ci ildə Sanitar Epidemioloji Stansiya yaradılmışdır. Mərkəzi Rayon Xəstəxanasının Vənətli kənd xəstəxanasının və Şayıflı kənd xəstəxanasının binaları lahiyə əsasında tikilib müasir avadanlıqlar ilə təmin olunaraq 1988-ci ildə istifadəyə verilmişdir.
Zəngilan MRX kollektivi 1988-ci ildən azərbaycanlıların ermənistandan kütləvi çıxarılmasından başlayaraq gərgin şəraitdə işləmişlər. Ermənistanın Kafan və Meqri rayonlarından 20000 nəfərdən çox azərbaycanlı Zəngilana gəlmişlər. Onların yaralı və xəstələrinə Zəngilan MRX kollektivi yardım göstərmişdir.1993-cü ilin oktyabr ayınında Zəngilan MRX rayonun erməni qoşunları tərəfindən işğal olunduğuna görə Zəngilandakı fəaliyyətini dayandırdı. Zəngilan rayonunda 1993-cü ilin oktyabr ayına qədər bir rayon - Zəngilan Mərkəzi Rayon Xəstəxanası, 4 kənd xəstəxanası - Vənətli kənd sahə xəstəxanası, Şayıflı kənd sahə xəstəxanası, Alıbəyli kənd xəstəxanası, Məmmədbəyli kənd xəstəxanası, 6 həkim ambulatoriyası fəaliyyət göstərmişdir.
Hal-hazırda Zəngilan MRX Bakı şəhəri, Nəsimi rayonunda Mirəli Qaşqay küçəsi 42 ünvanında Neft Akademiyasının yataqxana şəhərciyində, poliklinika şöbəsi Abşeron rayonu Masazır qəsəbəsidə, Tibb məntəqəsi isə Sabirabad rayonu Rüstəmli kəndi ərazisində salınmış Zəngilan qəsəbəsində fəaliyyət göstərir.