Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Böyük uğurlarla zəngin 18 il: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun lider dövlətinə çevrildi

15.10.2021

15 oktyabr 2003-cü il böyük inkişaf, siyasi plyurealizm, beynəlxalq  inteqrasiya  və digər uğurlu perspektivləri bəlirləyən  bir tarixə çevrildi. Bu salnaməni yazan  Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oldu.

 

2003-cü ildə seçicilərin 76,84 % səsini qazanan İlham Əliyev şərəfli bir missiyaya başladı. Əslində 15 oktyabrda İlham Əliyevin leyhinə səs verən seçicilər sülhü, əmin-amanlığı, tərəqqi və inkişafı, sabitliyi dəstəklədilər, ulu öndər Heydər Əliyev siyasətinin davamını arzuladılar.

 

Arzuların gürçəkləşməsi özünü çox gözlətmədi. Azərbaycan beynəlxalq münasibətlərin nüfuzlu faktoruna çevrildi. Çoxtərəfli  balanslaşdırılmış siyasi strategiya sayəsində ölkəmiz yeni dünya düzənində müstəqil xarici siyasət  yürüdən milli dövlət, etibarlı siyasi tərəfdaş imici qazandı. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri- daim üzvü seçildi. 120 dövlətin təmsil olunduğu  Qoşulma Hərəkatına 2019-2022-ci illərdə Azərbaycanın sədrlik etməsi ölkənin beynəlxalq nüfuzunun, siyasi qüdrətinin günü-gündən artmasının göstəricisidir.

 

İlham Əliyev diplomatiyası qətiyyətli sivil mübarizəni, dərin mükaliməni, dəmir siyasi məntiqi, ardıcıllığı, gerçək stuasiyada dürüst analiz qabiliyyətini, güclü təfəkkürü özündə ehtiva edir. Bu mükəmməl konsepsiya sayəsində Azərbaycanın enerji strategiyası da dünyanın diqqət mərkəzindədir. Çoxşaxəli enerji siyasəti ilə ölkənin regional və qlobal əhəmiyyəti, enerji potensialı düzgün qiymətləndirilir, əlaqələr bu əsasda  qurulur. Milli təhlükəsizlik strateji vəzifə kimi müəyyənləşdirilib, siyasi-iqtisadi, hərbi, sosial, ekoloji, habelə digər sahələrdə  təhlükəsizliyin mükəmməl təminatı reallaşıb. Hər sfera üzrə qəbul edilmiş Dövlət Proqramı mövcud məsələlərdə dövlətin potensialının səfərbər olunmasına xidmət edir.

 

Regionların sosial –iqtisadi inkişafı üzrə Dövlət Proqramı ümumi iqtisadi sabitliyi təmin etməklə bərabər, həm də, bütün bölgələrin eyni vaxtda tərəqqisinə töhfə verən sosial-iqtisadi inkişaf konsepsiyasıdır. Bu model ölkəmizdə yeniləşmə, tarazlıq, modern islahatlar və digər sistemli  hədəflərin  reallaşmasında önəmli əhəmiyyət kəsb edir.

 

Bütün bu uğurlu metodologiyanın məntiqi nəticəsi olaraq Azərbaycan iqtisadi tərəfdaş  ölkə statusunu qazanmağa müvəffəq oldu. İqtisadi nailiyyətlərin göstəricisi yüksəldikcə ölkənin valyuta ehtiyatları, o cümlədən ölkəyə qoyulan sərmayələrin həcmi artdı. Kənd təsərüfatının müxtəlif sahələri ilə bağlı konkret  proqramlar müvəffəqiyyətlə icra olunur. Torpağa zəhmət, sevgi aşılanır, fermerlər üçün  münbit şərait yaradılır. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün  güclü zəmin  formalaşır.

 

Elm, təhsil, mədəniyyət də prezident İlham Əliyev fəaliyyətində  prioritet istiqamətlərdən olub. İnsan kapitalına önəm verilməsi fikrimizə bariz sübutdur. İlham Əliyev yeni siyasi konfiqurasiyada dialoq  amilinə üstünlük verib.

 

Siyasi partiyalarla konstruktiv əməkdaşlıq qurulub. İqtidar-müxalifət münasibətləri sağlam təməllər  üzərində qərar tutub. Bütün siyasi partiyalara gərəkən şərait yaradılıb.

 

Ədəbiyyatın, mədəniyyətin təşəkkülü xalqın tanıtım nişanıdır. İlham Əliyev bu sahəni də hər zaman diqqət mərkəzində saxlayıb. Azərbaycan kinosunun və teatrının inkişafı üçün Dövlət Proqramı hazırlanıb. Teatrların inzibati binaları əsaslı təmir olunub, yenidənqurma işləri aparılıb, müasir avadanlıqlarla təchiz edilib.

 

Bakı Beynəlxalq Muğam mərkəzinin tikilib istifadəyə verilməsi və muğam müsabiqələrinin təşkili Azərbaycan muğamını bir daha dünyaya tanıtdı. Əlbəttə, bu nəcib işlərdə birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman Prezidentin yanında  olub.

 

Mədəniyyətlərarası dialoqlar, beynəlxalq festivallar, xarici ölkələrdə mədəniyyət mərkəzlərinin açılması milli mədəniyyətimizə ən böyük töhfədir.

 

Əlbəttə, Prezident İlham Əliyevin Azərbaycan naminə gördüyü titanik işlərdən danışarkən Möhtəşəm Qələbə haqqında qürurverici sözləri xüsusilə vurğulamaq lazım gəlir. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, taktiki-manevr qabiliyyəti, Ordumuzun qüdrəti hər birimizə analoqu olmayan hissləri, duyğuları bəxş etdi. Müqəddəs Vətən müharibəsi günlərində biz bir tərəfdən Ali Baş Komandan İlham Əliyevin uğurunu görüb fərəhləndik, digər tərəfdən televiziya kanallarında qərəzli müxbirlərin suallarını qüdrətli bir diplomat kimi cavablandıranda, hər kəsə öz dilində mesaj ötürəndə bir daha qürur hissi keçirdik.

 

Və əmin olduq: Diplomatiyası, iqtisadiyyatı və  hərbi qüdrəti olan ölkə hər zaman qalibdir, necə ki, biz qalibik. Necə ki, biz prezident Müzəffər Ali Baş Komandan  İlham Əliyevlə qalibik.

 

Leyla Eynullayeva, Sumqayıt Dölət Dramt Teatrının mətbuat xidmətinin rəhbəri