Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər

“Gürcüstan Ulduzu” festivalının qalibi idarəyə tabe olan musiqi məktəbinin şagirdi olub

06.12.2021

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Qara Qarayev adına 1nömrəli Uşaq musiqi məktəbinin 6-cı sinif şagirdi Aytac Vəlizadə “Gürcüstan Ulduzu” festivalında fortepiano ixtisası üzrə birincilik qazanıb.

12-14 yaş kateqoriyası üzrə qalib olan Aytacı festivala müəlliməsi Sevda Məcidova hazırlayıb.