Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Əliyev Rəşad Rahib oğlu

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Rəis

Rəşad Rahib oğlu Əliyev 12 fevral 1982- ci ildə Bakı şəhərində  anadan olmuşdur. 2003 –cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və  İdman Akademiyasının  “Bədən tərbiyəsi və idman” ixtisası üzrə bakalavr, 2005-ci ildə “Bədən tərbiyəsinin ümumi nəzəriyyəsi” ixtisası üzrə magistr (fərqlənmə) pillələrini bitirib. 2007-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə əlavə təhsil alıb. 2017-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə magistratura pilləsini bitirib. Həmçinin Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən Tokioda təşkil edilən təhsil bölməsi üzrə təlim kursunu (2007) və Misirdə “Ərəb və İslam mədəniyyəti” mövzusunda təlim proqramını (2009) bitirib. Əmək fəaliyyətinə 2006-cı ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində başlayıb. 2007-2018-ci illərdə Mədəniyyət və Turizm Nazirliyində məsul vəzifələrdə çalışıb. 2018-ci ildən son təyinatadək Mədəniyyət Nazirliyinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş, Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbələrində müdir vəzifəsində işləyib. Dövlət qulluğunun müşaviridir. ABŞ, İngiltərə, Almaniya, Belçika, Türkiyə, Misir, Yaponiya, Rusiya, Belarus, Qırğız Respublikası və digər xarici ölkələrdə təşkil olunan beynəlxalq səviyyəli forum, konfrans və seminarlarda iştirak edib. 2016-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilib. Rəşad Əliyev 2019-cu ildə UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində yüksək səviyyədə təşkili və keçirilməsində, həmçinin Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınmasında fəal iştirak etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib. Azərbaycan Respublikasının Mədəniyyət naziri  Anar Kərimovun 22 oktyabr 2020-ci il tarixli əmri ilə Əliyev Rəşad Rahib oğlu Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.   Ailəlidir, iki övladı var.

Telefon: (018) 6554987

Faks: (018) 6554987

E-poçt: rashad.aliyev@mct.gov.az

Qəbul günləri: Çərşənbə axşamı: saat 11.00-13.00