Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Sazım mənim, sözüm mənim” müsabiqəsinin qalibləri müəyyən olunub

19.11.2021

Sumqayıt Regional Mədəniyyət İdarəsi, Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbi və Sumqayıt şəhər N. Nərimanov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən ustad sənətkar Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr olunan uşaq və gənclər arasında saz ifaçılarının "Sazım mənim - sözüm mənim" adlı regional müsabiqəsinin yekun konserti keçirilib. 15 noyabr 2021-ci il tarixində Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev müsabiqə haqqında ətraflı çıxış etdikdən sonra münsiflər heyətinin qərarı ilə müsabiqədə iki yaş qrupu üzrə yüksək səviyyədə çıxışlarına görə yer tutan qaliblərə diplomlar təqdim edib. Müsabiqə qaliblərinin müəllimləri müsabiqəyə yüksək səviyyədə şagird hazırladıqlarına görə "Fəxri fərman"la , digər iştirakçılar isə müsabiqədə fəal iştiraklarına görə "Təşəkkürnamə" ilə təltif olunublar. Tədbir qaliblərin iştirakı ilə hazlrlanmış maraqlı konsert proqramı ilə yekunlaşıb.