Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Zəfər yolu” tamaşası nümayiş olunub

22.11.2021

22.11.2021-ci il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində Şəhər mədəniyyət evinin Şanlı Qələbəmizin 1-ci il dönümünə həsr etdiyi “Narbala “ kukla teatrının hazırladığı “Zəfər yolu” tamaşası nümayiş olunub.

Tamaşa 2-ci Qarabağ müharibəsinə həsr olunur. Nənənin Zərifə və Zəfər adlı iki nəvəsi var. Zəfər könüllü olaraq müharibəyə getməsi haqqında bacısına bildirir. Nənə ona xeyir-dua verir.

Tamaşada Şarxanın (erməni) hiyləgərliyi, əsir düşməsi səhnəsi göstərilib.