Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Vətən eşqi uşaqların gözü ilə” adlı rəsm sərgisi keçirilib

23.11.2021

Sumqayıt Dövlət Rəsm Qalereyasında uşaq və yeniyetmələrin vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə 22 noyabr 2021-ci il tarixdə "Vətən eşqi uşaqların gözü ilə" adlı rəsm sərgisi keçirilib. Sərgidə orta məktəblərin və incəsənət profilli məktəblərin şagirdləri iştirak ediblər.

Uşaqların təxəyyülünü əks etdirən 30-a yaxın rəsm sərgilənib. Tədbirdə yazıçı-ssenarist Hafiz Ataxanlı, sərginin kuratorları modelyer-rəssam Günel Hüseynova və sənətşünas Anar İbrahimov çıxış edərək təqdim olunmuş əsərlərdə yurd sevgisinin, vətən eşqinin, zəfər sevincinin mükəmməl təcəssüm olunduğunu dilə gətirərək bu tədbirlərin həm yeni istedadların üzə çıxarılmasından ötrü, həm də gənclərin vətənpərvər ruhunda böyüməsi  üçün mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Sonda sərgiyə baxış keçirilib. Qeyd edək ki, sərgi noyabrın 26-na qədər davam edəcək.