Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şəhər günü” təntənəli şəkildə qeyd olunub

23.11.2021

22.11.2021-ci il tarixdə Sumqayıt şəhər Muğam Mərkəzində Şəhər gününə həsr olunan tədbir təşkil olunub.

Keçirilən tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisə rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtın şəhər statusu almasının 72-ci ildönümü münasibəti ilə tədbir iştirakçılarını və şəhər sakinlərini təbrik edib. Şəhər rəhbəri qeyd edib ki, şəhərimizin 72-ci ildönümü Azərbaycan Respublikasının düşmən üzərində qələbəsinin birinci ildönümünə təsadüf edir. Bu qələbəni bizlərə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın rəşadətli ordusu yaşatmışdır.

Vurğulanıb ki, bu gün Sumqayıt sürətlə inkişaf edir, yeniləşir, dəyişir, abadlaşır. Bütün bunlar Ulu öndər Heydər Əliyevin şəhərimizə olan sonsuz diqqətinin, Dahi liderin siyasi kursunun layiqli davamçısı İlham Əliyev cənablarının Sumqayıt şəhərinə və sumqayıtlılara olan qayğısının nəticəsidir.

Daha sonra tədbir konsert proqramı ilə davam etdirilib.