Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər

25.02.2019

 

Sumqayıt Dövlət Rəsm Qalereyasında Rəssamlar ittifaqının üzvü, peşəkar rəssam Şirin Cəfərovun “Qarabağın acı tarixi” adlı fərdi sərgisi keçirilib. Sərgidə 50-ə yaxın kömürlə işlənmiş əsər nümayiş olunub. Rəssamın fərdi sərgisində Xocalı soyqırımına həsr olunmuş əsərləri ermənilərin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi amansız vəhşiliyi karikatura janri vasitəsi ilə tamaşaçılara nümayiş etdirib. Təqdim olunan hər bir əsərdə rəssamın daxili mənəviyyatını karikarura janrı ilə əks etdirməklə düşmənin hiyləgər və amansız niyyətini ifşa edir. Sərgidə çıxış edən qonaqlar Sumqayıt Reigonal Mədəniyyət İdarəsinin məsləhətçisi Bayram Cəfərli, Ağsaqqal şairimiz publisist ictimai xadim dramaturq Əvəz Mahmudov, AYB Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddin, Sumqayıt Dram Teatrının quruluşçu rəssamı Nizami Dadaşov,Yazıçı,publisist Hafiz İmamnəzərli öz çıxışlarında erməni hiyləgərliyi və Xocalı qətliamından danışıb, Qarabağın tarixinə dair bu tipli sərgilərin keçirilməsinin vacibliyini vurğulayıblar

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyi və Rafiq İsmayılov adına Xızı şəhər orta məktəbinin birgə təşkilatçılığı ilə “Xocalı – qan yaddaşımız” adlı anım tədbiri keçirilib. Tədbiri Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin baş məsləhətçisi Mönsüm Bağırov açaraq xalqımızın, Xocalıların başına gətirilmiş dəhşətli faciə haqqında tarixi faktlardan danışıb. Daha sonra müəllimlərin çıxışları dinlənilib, şagirdlərin ifasında Xocalıya həsr olunmuş şeirlər və bayatılar səslənib.Tədbirin sonunda Xocalı faciəsini əks etdirən “Xocalı – tarixi faktlarda” adlı sənədli filmə baxış keçirilmişdir.

Xocalı qurbanları Zəngilan rayon mərkəzi kitabxanasında da anılıb. Kitabxanada bununla əlaqədar kitab sərgisi təşkil olunub, kitabxananın soyqırım haqqında geniş məlumat verilib, “Xocalı fəryadı” adlı film nümayiş olunub.

Mehdiabad qəsəbə uşaq musiqi məktəbində “XXI əsrin faciəsi adlı” bədii gecə keçirildi. Gecədə şagirdlərin ifasında Xocalı soyqırımına həsr olunmuş  şeirlər və musiqi nömrələri dinlənilib.