Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində ”Xocalım- ağrım mənim” adlı tədbir keçirilib

26.02.2019

Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində “Dostluq” mədəniyyət evi ilə birgə  "Xocalım- ağrım mənim" adlı tədbir keçirilib. Əvvəlcə qonaqlar Mərkəzin foyesində N.Nərimanov adına Mədəniyyət Mərkəzinin və  “Dostluq” mədəniyyət evinin rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Tədbirin aparıcıları Gülnar Məmmədova və Amil Babayev Xocalı soyqırımı və erməni haqqında geniş məlumat veriblər. Sonra “Dostluq” mədəniyyət evinin “Xəzri” mahnı və rəqs ansamblı (rəhbər Murad Paşayyev) “Xocalı”, N.Nərimanov adına Mədəniyyət Mərkəzinin “Dəcəllər” rəqs qrupunun (rəhbər Fərhad Dadaşov) ifasında “Azərbaycan bayrağı” kompozisiyaları və rəqs nömrələri nümayiş olunub, Şəbnəm Xanmədovanın ifasında "Zabul" seygahı, Muğam üçlüyünün (Firudin Ağayev, Şəbnəm Xanmədova, Leyla Məmmədova) ifaslnda “Qarabağ şikəstəsi”, Firudin Ağayevin ifasında “Zəminxarə”, Təranə Nurlunun  ifasında "Ay vətən oğlu" dinlənilib. Sonda Sumqayıt Refional Mədəniyyət İdarəsinin məsləhətçisi, Aprel döyüşləri zamanı şəhid olmuş manqa komandiri i Əbdülməcid Axundovun anası Ceyran Axundova çıxış edərək, gənclərimizə milli və vətənpərvər ruhda böyümələrini tövsiyə edib, kompozisiyada iştirak edən balaca fidanlara təşəkkürünü bildirib.

 

406 KB

 

525.3 KB