Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Abşeron rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 27-ci ildönümü xatirəsi yad edilmişdir

27.02.2019

Soyqırımına həsr olunmuş anım mərasimində rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri və rayon ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkün və şəhid ailələri iştirak ediblər. Anım mərasimində Abşeron Rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivlərinin ifasında Şükufə Musayevanın əsərinin motivləri əsasında hazırlanmış “Əsgər olacam” kompozisiyası təqdim edilib. Səhnə əsəri Xocalı şəhərinin işğalı zamanı əsir düşmüş uşaq, qadın, qocaların başına gətirilən müsibətləri, əhalinin faciəvi taleyi, ermənilərin vəhşilyi, şəhərin yer üzündən silinməsi, bu soyqrıma dünyanın göz yumması, nəhayət Xocalının azad olunması günün yaxınlaşmasından bəhs edilib.

 

51.3 KB