Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt şəhər 28 may Diyarşünaslıq evində ”Xocalı harayi” adli tədbir keçirilib

27.02.2019

Sumqayıt şəhər 28 may Diyarşünaslıq evində Xocalı soyqırımının 27 -ci il dönümü ilə əlaqədar "Xocalı harayi" adli tədbir keçirilib. Tədbirdə Diyarşünaslıq evində fəaliyyət göstərən Xalq teatrının kollektivinin iştirakı ilə kiçik tamaşa göstərilib, soyqırımına həsr olunmus videoçarx nümayiş olunub. Tədbirdə həmçinin, diyarşünaslıq evinin "Şirvan" muğam üclüyünün ifasında Zəminxarə muğamı və vətən haqqında muğam parçaları dinlənilib, Xocalıya həsr olunmuş şeirlər ifa olunub.

 

69.4 KB