Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəhid ailələrini ziyarət Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən davam etdirilir

05.03.2021

İqtisadi qüdrətə və beynəlxalq nüfuza malik olan Azərbaycanın rəşadətli Ordusu İkinci Qarabağ müharibəsində möhtəşəm Qələbə qazandı.

Bu qələbənin igidlərindən biri də şəhid Samir Əlisəttar oğlu Nadirovdur. Sumqayıt Regional Mədəniyyət İdarəsinin kollektivi şəhidin ailəsini ziyarət üçün onlara baş çəkdi.

S.Nadirovun ailəsi belə bir övlad yetişdirdikləri üçün fəxr hissi duyduqlarını söylədi.

İdarənin kollektivi də öz növbəsində ailənin qayğıları ilə yaxından tanış olub, onlara qarşı hər zaman diqqət nümayiş etdirəcəklərini vurğuladılar.

 

258.2 KB

 

216.1 KB

 

209 KB