Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət İdarəsinin bir qrup xanım əməkdaşı təltif olunub

05.03.2021

Zərifliyi və gözəlliyi simvolizə edən Azərbaycan qadınları öz duruşu, məğrurluğu, ailəcanlı olması ilə hər zaman seçilib. Heç təsadüfi deyilki, Azərbaycan qadını bu gün ölkənin bütün qabaqcıl sahələrində dövlətimizə şərəflə və ləyaqətlə xidmət edir, daim yeni-yeni uğurlara imza atır.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev mədəniyyət sahəsində çalışan, bu sahəyə öz töhfəsini verən  xanımları təbrik edərək, onları regionun mədəni həyatında fəal iştirakına görə idarənin fəxri fərmanı ilə təltif edib.

Xanımlara mədəniyyətimizin intibahında daim uğur və nailiyyət arzulayıb.

İdarə rəhbəri bu inkişaf yolunda onlara lazım olan dəstəyi əsirgəməyəcəyini də vurğulayıb.

Sonda R. Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları bir daha səmimi qəlbdən təbrik edib, qadınlara solmayan gözəllik, səadət, möhkəm can sağlığı, ölkəmizin davamlı yüksəlişi naminə bütün niyyət və istəklərinin uğurla həyata keçməsini diləyib

 

134.4 KB

 

121.5 KB

 

126.8 KB