Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan müəssisələrdə şəhid ailələrini ziyarət yenidən davam etdirilir

18.03.2021

Azərbaycanın 44 günlük ikinci Qarabağ müharibəsində “Bir işin sonu şəhid olmaqdırsa, o işdən niyə qorxmalıyıq!" ifadəsini özü üçün şüara çevirən igidlərimizdən biri də Qubadlı şəhər sakini 16 avqust 1988-ci il təvəllüdlü şəhid Vüsal Tahir oğlu Allahverdiyevdir.

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Qubadlı rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları şəhidin ailəsini ziyarət edib.

Şəhidlərimizin xatirəsini əziz tutmaq, keçdiyi şərəfli və ləyaqətli döyüş yolunu gənclərə nümayiş etdirmək, onların vətənpərvərlik ruhunda  tərbiyəsini gücləndirmək, şəhid ailələrinə qayğı göstərmək məqsədi ilə keçirilən görüşdə şəhidin əziz xatirəsi yad olunub. Onun həyatı və keçdiyi döyüş yolu haqqında söhbətlər aparılıb.

01 oktyabr 2020-ci ildə könüllü olaraq Vətən müharibəsinə yollanan Vüsal Allahverdiyev Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. Mühasirədə qaldığı zaman ərzində böyük şücaət göstərərək yaralı şəhidlərimizi döyüş mövqeyindən çıxartmağa müvəffəq olub.

Sonuncu dəfə yaralı komandirini döyüş mövqeyindən çıxararkən, komandiri ağır yaralı olduğu üçün Vüsala onu buraxıb getməyini desə də, “ya ikimiz bir yerdə şəhid olacağıq, ya da buradan çıxacağıq” deyə Vüsal bildirib.

Son döyüşü Xocavənd istiqamətində olub, hücum zamanı üzbəüz döyüşdə şəhidlik zirvəsinə ucalan igidimiz Sumqayıt şəhər “Şəhidlər xiyabanı"nda dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Allahverdiyev Vüsal Tahir oğlu ölümündən sonra “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalları təltif edilib.

Allah rəhmət eləsin!
                                                                                                                                                                                

 

59 KB