Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli müəssisələr şəhid olan qəhrəmanların ailələrinə baş çəkib

18.03.2021

Torpaqlarımızın erməni işğalından azad edilməsi tariximizə qızıl hərflərlə yazılıb.

Vətən müharibəsi zamanı  istər döyüş meydanında, istərsə də, informasiya cəbhəsində obyektiv və haqqı müdafiə edən tərəf qalib gəlib. Bu haqq-ədalət savaşındakı qalibiyyət heçdə asan əldə olunmayıb. Ermənilərin “yenilməz ordu” mifini heçə sayan Azərbaycan oğulları rəşadət nümayiş etdirib, şücaət göstəriblər.

Bu tarixi yazan igidlərimizdən biri də 2 oktyabr tarixində Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan Həsənağa Şakir oğlu Abdullazadədir.

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Zəngilan rayon Bartaz kənd Uşaq Musiqi Məktəbinin kollektivi şəhidin ailəsini ziyarət etməyi özünə borc bilərək, onlara baş çəkib.

Kollektiv Həsənağanın ailə üzvləri ilə birlikdə onun həyat və döyüş tarixçəsindən geniş söhbət açaraq, şəhidin xatirəsini yad ediblər.

Nəşi 112 gün sonra tapılan qəhrəman, Fəxri Xiyabanda dəfn olunub.

Allah şəhidlərimizə rəhmət eləsin!

 

110.6 KB

 

112.5 KB

 

108 KB