Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyi qazini ziyarət edib

19.03.2021

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan və zəfərlə başa çatan Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. İkinci Qarabağ müharibəsi həm də xalqımızı bir yumruq kimi birləşdirdi. Düşmən üzərindəki qələbə yenilməzlik rəmzinə çevrildi. Lakin bu qələbəni güclü siyasi iradə, diplomatik mübarizə, şəhid  və qazilərimizin canı, qanı bahasına əldə etdiyimizi unutmamalıyıq.  

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon üzrə nümayəndəliyi və tabe müəssisələrinin əməkdaşları bu vətən savaşında qəhrəmancasına döyüşən qazimiz Kamran Tariyel oğlu Baxışzadəni ziyarət ediblər.

Kamran Baxışzadə 5 oktyabr tarixində cəbhə bölgəsinə yollanıb. Döyüş yoldaşları ilə birlikdə torpaqlarımızn azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, mərdlik və şücaət nümayiş etdirib.

Qazimiz oktyabrın 14-də Suqovuşan istiqamətində gedən döyüşdə ağır yaralanaraq görmə qabiliyyətini təmamilə itirib. Buna baxmayaraq Kamran öz əzmindən, məğrurluğundan dönməyib, vətənimizin bütövlüyü uğrunda hər an yenidən vuruşmağa hazır olduğunu qeyd edib.

Qazilərimizə Allahdan şəfa diləyirik!

 

144.9 KB