Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət İdarəsinin bir qrup əməkdaşı təltif olunub

19.03.2021

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeli qurumlarında çalışan bir qrup mədəniyyət  işçisi Novruz bayramı ərəfəsində çoxillik səmərəli fəaliyyətlərinə görə fəxri fərmanlarla təltif olunub.

İdarənin rəisi Rəşad Əliyev mədəniyyət sahəsində çalışıb, bu sahəyə öz töhfəsini verən  əməkdaşlara, regionun mədəni həyatında fəal iştirakına görə idarənin fəxri fərmanını təqdim edib

R.Əliyev onları Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edib, möhkəm can sağlığı, işlərində nailiyyətlər diləyib.

Sonda idarənin rəisi mükafatlandırılan əməkdaşlarla xatirə şəkili çəkdirib.

 

91.1 KB

 

91.8 KB

 

90.5 KB