Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Xızı rayon Heydər Əliyev Mərkəzində toplantı keçirilib

04.05.2021

4 May 2021-ci il tarixdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin  Xızı rayonu üzrə nümayəndəliyinin təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində xüsusi karantin rejiminin  tələblərinə uyğun olaraq 15 may “Beynəlxalq ailə günü”nə həsr olunan, rayonun ziyalıları, ağsaqqalları və gənclərinin iştirak etdiyi dəyirmi masa ətrafında toplantı keçirilib.

Toplantıda ailə-cəmiyyət, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və gənc nəsilə ötürülməsi, gənclərin və yeniyetmələrin vətənpərvərlik ruhunda yetişdirilməsi, sağlam həyat tərzinin qorunub saxlanılması haqqında mövzularla çıxış ediblər.

Müzakirələr zamanı Azərbaycan gəncliyinin zərərli vərdişlərdən uzaq durulması üçün xüsusi tədbirlərin həyata keçirilməsi qeyd olunub.

 

61.1 KB

 

62.4 KB