Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bu gün Şəhidimizin doğum günüdür!

06.05.2021

Dövlət-xalq-ordu birliyi 30 il ayrı qaldığımız Qarabağ torpaqlarını uzun sürən işğaldan sonra  düşmən tapdağından azad edərək, orada sülh və əmin-amanlığı təmin etdi.

Əlbəttə ki, tarixi ədalətin bərpa olunmasında xalqın igid oğullarının göstərdiyi şücaət danılmazdır.

Qələbə qədər bizi sevindirən məsələ isə, həm Birinci, həm də İkinci Qarabağ müharibəsinin şəhidlərinin qanının yerdə qalmaması oldu. Bu oğulların qanı elə döyüş meydanında da alındı.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin kollektivi mütamadi olaraq belə igidlərin ailəsini ziyarət edir.

Sumqayıt Regional Mədəniyyət İdarəsi şəhidlik məqamına ucaldığı gündən dəfələrlə ailəsinə baş çəkdiyi Şirbala Hüseynovun məzarını bu gün bir daha ziyarət etdi.

Bu ziyarətin səbəbi isə 06.05.1990-cı il tarixində şəhid Şirbalanın dünyaya göz açması idi.

O, indi öz cənnətinə qovuşsa da ailasi onsuz keçən ilk doğum gününü qeyd edirdi. Şirbala onu sevənlərin qəlbində daim yaşayacaq.

Ş. Hüseynovun ailəsi idarə kollektivinə övladlarını daim diqqətdə saxladıqlarına görə minnətdarlığını bildirərək, şəhidin ömür yolundan danışmaqdan usanmadılar. 

Azərbaycan xalqı şəhid Şirbalanı və onun kimi minlərlə vətən üçün canını fəda edən mərd övladlarını heç zaman unutmayacaq.

Allah rəhmət eləsin!

 

238.7 KB

 

210.1 KB