Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Azərxalça” ASC- nin Abşeron filialında Xalçaçı günü qeyd edilib

06.05.2021

Tarixi qədimlərə dayanan  xalçaçılıq təkcə məişətdə istifadə etdiyimiz qiymətli əşya deyil, eləcədə bir sənət əsəridir.

Xalçaçılıq sənətinin inkişafı ilə bağlı son dövrlər ölkəmizdə yetərincə tədbirlər həyata keçirilir,  bu sahədə görülən işlər isə öz bəhrəsini verir.

5 may Xalçaçıların peşə bayramı ilə  əlaqədar olaraq Sumqayıt Regional Mədəniyyət İdarəsinin bir qrup əməkdaşı o cümlədən idarəyə tabeli Abşeron rayon Qobu Qəsəbə Uşaq İncəsənət Məktəbinin kollektivi “Azərxalça” ASC-nin Abşeron filialında olublar.

İdarənin baş məsləhətçisi, Abşeron üzrə nümayəndə  Xalçaçıların iş prosesi ilə yaxından tanış olaraq, idarə rəisi Rəşad Əliyevin adından “Xalçaçı Günü” münasibəti ilə onları təbrik edib, işlərində uğurlar arzulayıblar.

Xalçaçılıq, sadəcə, mədəniyyət tariximizin deyil, bütövlükdə ölkəmizin tarixinin öyrənilməsi üçün zəngin bir xəzinədir. Bu xəzinəni qoruyub gələcək nəsillərə ötürmək isə hər kəsin borcudur.

 

283 KB

 

346.2 KB

 

437.2 KB