Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət İdarəsi onlayn müşavirə keçirib

08.05.2021

8 May tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev idarəyə tabeli qurumların müəssisə rəhbərlərinin iştirakı ilə onlayn müşavirə keçirib.

Müşavirədə  çıxış edən rəis qeyd edib ki, Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ərəfəsində görüşürük. 

Bizim milli sərvətimiz olan Heydər Əliyev irsi, zəngin və mənalı həyatı, Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində gördüyü işlər haqqında çoxsaylı tədbirlər, videoçarxlar, kompozisiyalar hazırlanmışdır.

Bununla əlaqədar olaraq, Azərbaycan dövlətini və xalqımızı zamanın ən çətin sınaqlarından çıxaran bu dahi şəxsiyyətin gənclərlə iş sahəsində həyata keçirdiyi əvəzolunmaz  işlər barədə gəncləri məlumatlandırmaq, azərbaycançılıq məfkurəsini  və Heydər Əliyev irsini gənclər arasında geniş təbliğ etmək, həmçinin onun təməl prinsiplərinin cəmiyyətə çatdırılması bizim müəssisələrin fəaliyyətinin başlıca məqsədlərindən biri olmalıdır.  

Sonda idarə rəisi müşavirə iştirakçılarına rəhbərlik etdikləri müəssisələrdə çalışan əməkdaşların verilən tövsiyələri vaxtında və keyfiyyətlə  icra etməyi tapşırıb.

 

124.9 KB

 

166 KB

 

1.6 MB