Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan müəssisələr tərəfindən şəhid övladları diqqətdə saxlanılıb

03.06.2021

Vətən torpağının bütövlüyü, bərpası uğrundan minlərlə igid oğullarımız canlarını sipər edərək, bizi öz doğma yurdumuza qovuşdurub. Həmin oğullardan bizə bir ömürlük yadigar və əmanət qalan övladları olub. O, əmanətə sahib çıxıb, qayğı göstərmək isə, hər bir Azərbaycan vətəndaşının borcudur.

Abşeron rayon İcra Hakimiyyəti tərəfindən keçirilən “Hərəyə bir şəhid övladı sevindirək” layihəsinə bu dəfə Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Heydər Əliyev mərkəzinin kollektivi də qoşulub.

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar şəhid Mehman Mirəziz oğlu Şirvanovun ailəsinə baş çəkilib, ailənin qayğıları ilə maraqlanıb, övladının istəkləri  öyrənilib. Söhbət zamanı, şəhidin qızının elektriklə hərəkət edən avtomobil və musiqili mikrofon istədiyi məlum olub.

Abşeron Rayon Heydər Əliyev Mərkəzinin rəhbərliyi və mərkəzin kollektivi tərəfindən igidimizin övladının arzusu reallaşıb. Belə ki, elektrikli avtomobil və musiqili mikrofon ailəyə təqdim edilib.

Şəhidin həyat yoldaşı Arzu Şirinova göstərilən bu diqqətə görə, onlara öz təşəkkürünü bildirib.

Qeyd edək ki, M. Şirvanov göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Ali Baş Komandan İlham Əliyev tərəfindən Qarabağ ordeni və Vətən uğrunda medalı ilə təltif olunub.

 

60.2 KB

 

72.2 KB

 

72.5 KB