Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəhidlər və onların əmanətləri unudulmur

05.06.2021

Hər bir ölkənin, millətin ən dəyərli və qiymətli sərvəti uşaqlardır.

Ölkəmiz uğrunda həyatlarını qurban verən igid oğullarımızın övladlarına qayğı və diqqət göstərmək hər birimizin vətəndaşlıq borcudur.

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin kollektivi unudulmaz qələbəni bizə bəxş edən şəhidlərimizin xatirəsini hər zaman əziz tutur, onların ailələrini ziyarət edir, övladlarının istəklərini reallaşdırmağa çalışırlar.

Kollektiv bu igidlərdən Emil İsgəndərov, Şöhrət Qasımov, Tərzan Həşimov, Daşqın Ağayev, Aydın Əliyev, Mehrab Niftəliyevin övladları ilə görüşüb, onları öz hədiyyələri ilə sevindiriblər.

Bu gün hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbəyə görə torpaq uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdardır.

 

118.1 KB

 

150.6 KB